Bayden sözünü geri götürdü: "Bu bazar ertəsi Qəzzada atəşkəs olmayacaq, ancaq..."

img

01-03-2024 [00:07]


ABŞ prezidenti Co Bayden Qəzzada tezliklə atəşkəs olmayacağını açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu həftənin əvvəlində jurnalistlərə "Qarşıdakı bazar ertəsi Qəzzada atəşkəs olacaq" deyən Bayden bu gün Texasa gedərkən Ağ Evin bağçasında mətbuata açıqlamasında əvvəlki sözünü geri götürüb.

ABŞ lideri "Bazar ertəsinə qədər Qəzzada atəşkəs əldə ediləcəkmi?"- sualına belə cavab verib: "Əlbəttə, ümidlər bitməz. Region liderləri ilə telefon danışıqlarım oldu. Böyük ehtimalla bu bazar ertəsi atəşkəs olmayacaq, ancaq yenə də ümidliyəm".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA