PUTİNİN QƏRBƏ CAVAB HƏMLƏSİ: 7 faktor və... - TƏHLİL
28-02-2024 [23:28]
Moldovanın seperatçı bölgəsi olan Dnestriyan Rusiyaya müraciət etməyə hazırlaşır.
Seperatçı bölgənin rəhbərliyi Rusiya prezidenti Vladimir Putinə və Rusiya Federasiyasının Federasiya Şurasına müraciət edərək onlardan Dnestriyan bölgəsində yaşayan rusdilli əhalinin hüquqlarını qorumağı xahiş edəcəklər.
Bu, eynilə Ukrayna ilə oxşar ssenaridir.
Rusiya 2 il əvvəl olduğu kimi indi də eyni üsulla hərəkət edir. Dnestriyanın müraciəti şübhəsiz ki, Rusiya tərəfindən hazırlanmış oyunun tərkib hissəsidir.
Bəs niyə indi Dnestriyan belə bir müraciət etdi? Rusiyanı Moldovaya hücuma təhrik edən nədir?
1) Rusiya Qərbə cavab vermək istəyir. İsveç və Finlandiya NATO–ya üzv olduqdan sonra Rusiya hansısa formada Qərbə cavab verməli idi. NATO – nun Şərqə doğru genişlənmək siyasətinə Rusiya Dnestriyanı tutmaqla cavab verəcək.
2) Rusiya Ukraynaya ciddi dəstək gələcəyindən ehtiyyat edir. Son zamanlar bəzi ölkələr, xüsusilə də Fransa Rusiyaya qarşı Ukraynaya NATO qüvvələrinin yerləşdirilməsini təklif edir. Rusiya bunun qarşısını almaq üçün cəbhəni genişləndirməyə çalışır.
3) Polşa və Baltikaynı ölkələr Ukrayna ilə bərabər Rusiyaya qarşı yeni ittifaq yaratmaq arzusundadır. Son zamanlar Polşa və Baltik ölkələrindən Rusiya əlehinə kəskin açıqlamalar verilir. Hətta tərəflər arasında zaman – zaman diplomatik qalmqallarda yaranır. Rusiya Moldovaya hücumla həm də bunun qarşısını almağa çalışır.
4) Martda Rusiyada prezident seçkiləri keçiriləcək. Putin Dnestriyanı Rusiyaya qatmaqla öz nüfuzunu daha da qaldırmaq və seçkiyə daha güclü və inamlı getmək niyyətindədir.
5) Putin hakimiyyəti varisinə ötürməyə hazırlaşır. Hazırda NATO şərqə doğru genişlənməkdə davam edir. Putin özündən sonra xələfi üçün problemli məsələ saxlamaq istəmir. Dnestriyan məsələsi Rusiya üçün gələcəkdə problem ola bilər. Ona görə Putin vaxtında özü bu işi bitirmək istəyir.
6) Seperatçı bölgələrin saxlanması Rusiya iqdisadiyyatına əlavə maliyyə yükü deməkdir. Dnestriyan Rusiyanın federal subyektinə çevrilərsə, Rusiya onu mərkəzi vergi sisteminə qoşa bilər. Bunun Rusiya büdcəsinin xeyrinə olacaq.
7) Dnestriyanın tutulması Qara dənizdə Rusiyanın mövqeyini daha da gücləndirəcək. Rusiya Krımın təhlükəsizliyinin, həmçinin Ukraynada yeni işğal etdiyi bölgələrə gələcək təhlükələri dəff etmək üçün də mühüm əhəmiyyət kəsb edir.
Dnestriyanın federasiya tərkibinə daxil edilməsi Ukraynaya Qərbdən hücum üçündə şərait yaradacaq. Bu, bir daha onu göstərir ki, Rusiyanın niyyəti Ukraynanı tamamilə işğal etmək və onun bir dövlət kimi varlığına son qoymaqdır. Nəzərə alaq ki, Dnestriya bölgəsində kənd təsərrüfatı yüksək səviyyədə inkişaf edib. Dnestriya rəsmən sosialist rejimlə idarə olunur. Bu ərazidə Karl Marksın və Vladimir Lenin fikirləri rəsmi dövlət ideologiyası olaraq qəbul edilir. Dnestriyanda hələ də kolxozlar mövcuddur və onlar bu gün kənd təsərrüfatının inkişafında əvvəzsizdir.
Rusiya liberal bazarı və Dnestriyanın sosialist sisteminin necə birləşəcəyi də bir başqa müzakirə mövzusudur. Ehtimal ki, Rusiyada buradakı sistemə çoxda müdaxilə etməyəcək. Kolxoz sistemi saxlana bilər. Ola bilər ki, bunlar ailə koorparativlərinə çevrilsin. Ancaq markizm – leninizmin ideologiyasınından imtina ediləcəyi aydın məsələdir. Dnestriyan rusları mühafizəkar təbiətə malikdir. Bu bölgədə əsasən kənddə məskunlaşma yüksək səviyyədədir.
Dnestriyanı gözəlləşdirən digər bir təbii gözəllik isə zəngin bulaqlarıdır. Dnestriyan Rusiyaya diplomatik dəstək üçün müraciət edib. Ancaq bu diplomatik dəstəyin hərbi istila ilə bitəcəyi gözlənilən məsələdir. Ehtimal ki, növbəti mərhələdə Dnestiyandakı seperatçı rejim Rusiyanın yeni federal subyekti olmaq üçün müraciət ünvanlayacaq və bununlada Putinin növbəti istilası gərçəkləşəcək.
Zeynal Əmrəliyev
Mia.az
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi