Buraxılış imtahanı: 3 nəfər zaldan çıxarıldı - DİM-dən açıqlama (Yenilənib)
03-03-2024 [16:06]
Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Mia.az xəbər verir ki, imtahan 30 şəhər və rayonda təşkil olunub. İmtahanda 52 267 şagirdin iştirakı nəzərdə tutulurdu.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahan binası, 3941 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 610 imtahan rəhbəri, 4899 nəzarətçi, 676 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 222 bina nümayəndəsi ayrılıb.
Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib.
Bu gün Ağdərə rayon Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib. Bu Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan Ağdərə rayonunda təşkil etdiyi ilk imtahan idi.
İmtahanda ümumilikdə 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə fərdi nəzarətçilər təyin edilib.
İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon, 1 nəfərdə isə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar.
Martın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, buraxılış imtahanlarında ilk dəfə olaraq imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları da imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
***
Bu gün - martın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanı keçirəcək.
Mia.az DİM-ən istinadla xəbər verir ki, imtahan Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə - 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabran rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə baş tutacaq.
Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçiriləcək.
İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 22-dən etibarən çap edib götürə bilirlər.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahan binası, 3941 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 610 imtahan rəhbəri, 4899 nəzarətçi, 676 buraxılışı rejimi əməkdaşı (mühafizə), 222 bina nümayəndəsi ayrılıb.
Martın 3-də keçiriləcək imtahanda 52 267 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Nəzərinizə çatdırırıq ki, martın 3-də Ağdərə rayonu, Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçiriləcək. Bu Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan Ağdərə rayonunda təşkil edəcəyi ilk imtahandır.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.
Tramp İranı yenə hədələdi: "Mən bunu arzulamıram, lakin..."
Müdafiə naziri: "Putin bizi döyüş meydanında məğlub edə bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ hərbçiləri geri çəkildi - Suriya ordusu bazaya girdi
"Neftçi" və "Qarabağ" komandalarının oyunu təxirə salınıb
UEFA Millətlər Liqası: Azərbaycan millisinin rəqibləri bəlli olub
Türkiyə kəşfiyyatının rəhbəri Liviyada - Baş nazirlə görüş olub
"Qalatasaray" prezidenti: "İkardi bizim üçün çox dəyərli oyunçudur"
Ərdoğan parlamentdəki davaya qəzəbləndi: "Heç utanmırsınızmı?"
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
Ordubad şəhəri ICESCO-nun siyahısına salınıb
İsmayıllı rayonunda zəlzələ olub
"Qalatasaray" - "Yuventus" matçının biletləri satışda - Ən baha bilet 1650, ən ucuz isə...
İngiltərə millisinin baş məşqçisi ilə müqavilə uzadıldı
Energetika naziri Macarıstan səfirini qəbul edib
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
Nazir mərkəz direktorlarını vəzifədən azad etdi - Yeni təyinatlar
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
"Neftçi" - "Qarabağ" oyunu təxirə salınmayacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət edib
Əli Həsənov Ramiz Mehdiyevlə bağlı suala cavabdan yayındı
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
“Nar”ın “Çoox Şanslı” lotereyası möhtəşəm finalla yekunlaşdı - “Li L9 Ultra” avtomobili sahibini tapdı
Dövlət Agentliyi "Azəriqaz"ın tələbini rədd etdi
Dövlət Xidmətinin əməkdaşları təltif edildi - Sərəncam
Bakının oğurluq edən qadın saxlanılıb
"17 milyon az məbləğ deyil, böyük vəsaitdir" - Elmar Məmmədyarov
Azərbaycana deport olunan Gültəkin Hacıbəyliyə niyə zəng çatmır? - SABİQ DEPUTAT HƏBS EDİLMƏYİB (YENİLƏNİB)
Energetika naziri İran səfiri ilə müzakirə aparıb - Açıqlama
"Artıq Mərkəzi Bank da bu "Bank Respublika" ilə bacarmır" - Şikayətçi depozitini ala bilmir
ƏLİ KƏRİMLİ BELƏ SAXLANILIB - Video
Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib
Mahir Səfərli yeni vəzifəyə təyin edildi
Tələbə "Anamla bələdiyyə sədri gizli sevgilidir" dedi, məhkəməlik oldu - Türkiyədə + FOTOLAR
Fermerlərə subsidiya ödənişləri başlayır - Açıqlama
Milli Şura necə və niyə yaranıb? - İttiham aktı
RAMİZ MEHDİYEVİN EVİNDƏN 17 MİLYON NAĞD PUL ÇIXDI - VİDEO
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov.. - DTX həbsin şok detalları və gizli səs yazılarını yaydı (VİDEO)
Leyla Əliyeva bu görüntüləri paylaşdı - VİDEO