CHP lideri Meral Akşenerin ittihamına saymazyana yanaşdı: "Canı sağ olsun"

img

23-02-2024 [10:21]


CHP lideri Özgür Özəl partiyasının İstanbulun Sultanqazi bölgəsində keçirilən mitinqindən sonra mətbuata açıqlama verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İYİ Partiya sədri Meral Akşener CHP rəhbərliyini tənqid etməsi və bir qədər də irəli gedərək  "Atatürkün varisi olanlar bu gün dəmlənir" ittihamına istehzalı, saymazyana cavablandırb: "Canı sağ olsun!".

Xatırladaq ki, İYİ Partiyasının sədri Akşener bir neçə gün əvvəl İzmirdə partiyasının namizəd irəli sürmə toplantısında CHP rəhbərliyini tənqid atəşəinə tutub. O, CHP-nin kürdlərinpartiyası sayılan DEM-lə əməkdaşlığına toxunaraq  deyib: "Bu gün biz bəzi şeyləri düzgün izah edə bilmədiyimiz üçün Atatürkün varisi olanlar dəmlənirlər. Atatürkün varisi olanlar bəzi məsələlərdə çox geniş fikirli ola bilməzlər".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR