RƏSMİ BAKI ERMƏNİSTANA YENİ TƏKLİF GÖNDƏRİB - Sülh sazişi ilə bağlı

img

21-02-2024 [16:53]


Ermənistan Azərbaycandan sülh sazişi ilə bağlı növbəti təkliflər paketi alıb.

Bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

Onun sözlərinə görə, sülh sazişi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq: “Hazırda bununla bağlı danışıqlar aparılır. Görüşün tarixi, yeri və formatı barədə dəqiq məlumat yoxdur”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxendə keçirilən görüşdə iki ölkənin xarici işlər nazirləri və baş nazir müavinlərinin görüşü ilə bağlı razılıq əldə olunub(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR