Ərdoğanın ortağı "körpüləri yandırdı": "İmamoğlu İstanbulda, Yavaş Ankarada qalib gələcək"
21-02-2024 [00:23]
14 may prezident və parlament seçkilərində Prezident Ərdoğanın lideri olduğu Cumhur İttifaqında təmsil olunan 5 partiyadan biri olan Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan 31 martda keçiriləcək bələdiyyə seçkilərində təkcə İstanbul və Ankaradan namizəd irəli sürməklə kifayətlənməyib. O, həm də Cumhur İttifaqının namizədlərini tənqid etməklə yanaşı, CHP-li namizədlərin daha şanslı olduğunu bəyan edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, jurnalist Murat Yetkinə açıqlama verən Fatih Ərbakan əvvəlcə Cumhur İttifaqı ilə niyə "tərs" düşmələrinə aydınlıq gətirib: "Bizə AK Partiya şəhər və rayon bələdiyyələri üzrə namizədliklərini elanetdiklərini əsas gətirərək, onları dəyişdirə bilməyəcəklərini, bu səbəbdən də bizə güzəşt etməyəcəklərini bəyan etdilər. Halbuki biz mayın 14-dən əvvəl, yəni razılaşma əldə edərkən, prezidentliyə namizəd idik və biz razılaşma gərəyi geri çəkildik. Ancaq bunlar tələb etdiyimiz bələdiyyələr üzrə geri çəkilmədilər. Əvəzində bizə uyğun olmayan təkliflər irəli sürdülər. Dedilər ki, şəhər və ya rayon bələdiyyə sədrləri əvəzinə, bələdiyyə məclislərində 2-3 yer verək. Biz bunu qəbul edə bilməzdik. Baxın, bu, sorğuların birində cəmi 6-7 səs alan ittifaqın üzvü olan Böyük Birlik Partiyasına təklif etdikləri ilə eynidir. Halbuki, biz 14 may seçkilərində Türkiyə üzrə 3 faizdə səs alan partiyayıq. Üstəlik, gücümüz və imkanlarımız böyükdür. Üstəlik, sosial bazamız AK Partiya ilə əməkdaşlıq etməyimizə görə bizə o vaxt tamamilə dəstək vermədi. İndi də bələdiyyə seçkiləri ilə bağlı müstəqil seçkiıyə getmək tələbləri güclüdür. Ona görə İstanbul, Ankara və İzmirdə namizədlərimizi açıqladıq".
Bələdiyyə seçkiləri ilə bağlı dərin təhlil və araşdırmalar apardıqlarını bildirən Ərbakanın sözlərinə görə, böyük şəhərlərlə bağlı qərarlarına keçmiş mütəffiqlərinin etirazları qəbuledilməzdir: "Bizə "siz dəstəkləməsəniz, İstanbulda Murat Kurum qalib gələ bilməz" deyirlər. Baxın, DEM Partiyası "heç bir partiya üçün seçki qazanmaq məcburiyyətində deyilik" deyəndə, tənqid olunmur, ancaq biz öz namizədimizlə ortaya çıxanda bu hadisəyə çevrilir. Açqı demək gərəkdir ki, bizim araşdırmalarımıza görə İstanbulda Əkrəm İmamoğlu daha şanslıdır, qazanacaq seçkini. Üstəlik, xüsusilə Fatih, Üsküdar, Eyüp kimi rayonlarda CHP sürpriz edə bilərlər. Bəzən Eyüp deyəndə AKP-çı bəzi dostlarımız buranın yalnız Eyüp Sultan Məscidinin ətrafı olduğunu zənn edir. Oysa ki, Göktürkə qədər bütün Eyüpdür. Ankarada isə Mansur Yavaş daha rahatlıqla qazanacaq. Turqut Altınok (AKP namizədi) bəy bacarmır...".
Zülfiyyə
MİA.AZ
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı