Niderland baş nazirindən saxlanılan türk vəkilə dəstək: "O, bir qəhrəmandır" -FOTO

img

20-02-2024 [09:48]


Noyabrın 22-də Niderlandda keçirilən növbədənkənar parlament seçkilərində 23,5 faiz səslə 37 mandat qazanan ifrat sağçı siyasətçi Geert Uilders  sosial şəbəkədə şəriətlə bağlı təhqiramiz paylaşımlarına görə ötən gün saxlanılan türkiyəli vəkil Feyza Altuna dəstək mesajı verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, sosial media hesabında sosial media hesabında vəkilin paylaşımını yayaraq, yazıb: "Feyza Altun qəhrəmandır!".

Xatırladaq ki, vəkil Feyza Altun paylaşdığı farsca şeirə "Şəriətə lənət..." şərhi yazıb. O, daha sonra ona qarşı çıxanlara "şəriət istəyənlər Səudiyyəyə yollansın" mesajı verib. Bundan sonra İstanbul prokurorluğunda onun haqqında cinayət işi açılb. Dünən axşam isə onun evində axtarış aparılıb və o, saxlanılıb.

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR