"Fazil Mustafanın işlətdiyi ifadələrdən xoşum gəlmirdi..." - Deputata sui-qəsdlə bağlı sensasion məhkəmə prosesi
19-02-2024 [09:21]
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdində ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, müttəhimlər - Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov, Rəşad Əhmədov və Elşad Əsgərov konvoyun müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətiriliblər.
İclasın əvvəlində işə Fazil Mustafanın vəkili və nümayəndəsi Əjdər Əhmədovun qoşulduğu elan edilib. Bundan sonra cinayətin əsas təşkilatçısı olduğu iddia edilən Azər Səricanov tərəflərin suallarını cavablandırıb.
Məhkəmədə Səricanovdan Fazil Mustafanı nəyə görə sivil yolla başa salmadığı, sui-qəsd cəhdinə əl atdığı soruşulub. Səricanov deyib ki, Fazil Mustafanı lap əvvəldən cəzalandırmaq fikri var imiş. Buna səbəb isə deputatın müxtəlif sosial şəbəkələrdəki çıxışları olub: “Bəzi insanları cəzalandırmaq lazımdır, hamı görsün ki, mənəvi dəyərləri tapdalamaq olmaz. Tək Fazil Mustafa deyil, biri də elə Mirşahin Ağayev… O da çox şey danışır. Burada mühakimə edilənlərin hamısını mən istiqamətləndirmişəm. Nə qədər cəza verirsiniz, verin. Elə işlər var ki, mütləq həll olunmalıdır”.
Fazil Mustafanın nümayəndəsi müttəhimdən müvəkkilinin hansı sözlərinin onlara təsir etdiyini soruşub.
Səricanov Fazil Mustafanın statuslarında, yutubdakı çıxışlarında İmam Hüseyni təhqir etməsinin, Aşura günündə toy etməyin düzgün olduğunu deməsinin və buna bənzər sözlər işlətməsinin onların xoşuna gəlmədiyini, buna görə də onu cəzalandırdıqlarını deyib.
Nümayəndə Fazil Mustafanın çəkilən misalların heç birini dilinə gətirmədiyini deyərək müttəhimdən mənbə göstərməsini istəyib.

“Feysbuk səhifəsində, yutubda… Çıxışlarından birində deyir ki, Məhərrəm ayında mələşmək, ulaşmaq olmaz. Mən belə sözləri qəbul edə bilmərəm”, - deyə Səricanov cavab verib.
Nümayəndənin “Bir nəfərə qarşı sui-qəsd təşkil etmək üçün 3 oldu silahı neynirdiniz, bu qədər silah nəyinizə lazım idi?” sualına cavabında təqsirləndirilən şəxs “Bunun nə dəxli var, kişinin belində tapança olar” deyib.
Təqsirləndirilən Səbuhi Şirinovun vəkili Elçin Sadıqov Səricanovdan Fazil Mustafanın hansı hərəkətlərinin onu qane etmədiyini soruşub. Cavab belə olub: “Mənim dinimi təhqir edənin əllərini kəsərəm”.
Sadıqovun “Fazil Mustafanın siyasi kursundan məlumatlı idinizmi?” sualına isə təqsirləndirilən “Nurçu kimi tanıyıram”, - cavabını verib.
Məhkəmə tərkibinə daxil olan hakim Azər Tağıyevi maraqlandıran məsələ isə müttəhimin nəyə görə məhz İrana gedib-gələndən sonra bu cinayəti icra etməsi olub.
Təqsirləndirilən şəxs deyib ki, sui-qəsddən sonra icraçılara problem yarana bilərdi, onların ölkədən çıxışında problem yaranmasın deyə İrana gedib.
Səricanov yekun olaraq əməlindən peşman olmadığını qeyd edib: “Əməlimdən qətiyyən peşman deyiləm”.
Prosesin davamında təqsirləndirilən Rəşad Əhmədov sərbəst ifadə verib.
Əhmədov da dövlətə xəyanət, dövlət xadiminin həyatına sui-qəsd cəhdi etməkdə, həmçinin narkotik dövriyyəsində ittiham edilir. Lakin müttəhim özünü yalnız qanunsuz silah saxlamaqda təqsirli bilir.
Deyib ki, hadisədən dərhal sonra İstanbula gedib. Oradan da İrana keçib. İranda 10 gün qaldıqdan sonra isə Azərbaycana qayıdıb, bir neçə gün sonra da həbs edilib: “Mən buradakılardan ancaq Azər Səricanovu tanıyıram, digərlərini görməmişəm. Azər mənə silah vermişdi. Tapşırmışdı ki, saxlayım, lazım olanda gəlib götürəcək. Amma Azərin həbsindən sonra gözüm qorxdu. Əvvəl İstanbula, oradan da Tehrana getdim. 10 gün orada qaldım, geri qayıtdım”.
Bundan sonra təqsirləndirilən şəxsin ibtidai istintaq vaxtı verdiyi ifadəsi elan edilib.
Əhmədov istintaqda deyib ki, uşaqlıq dostu Valeh İsmayılov uzun illər əvvəl Suriyaya gedib. Orada müharibədə iştirak edib. Müharibədən sonra isə İrana köçüb, həmin vaxtdan orada yaşayıb: “Valehlə sosial şəbəkələrdə danışırdıq. Bir dəfə Qumda Valehlə görüşümüz oldu. Həmin vaxt Valehə Azər Səricanovun Fazil Mustafanı öldürmək planının olduğunu dedim. Valeh də bu işdə maraqlı oldu. Sui-qəsd cəhdinin icra edilməsi üçün mənə 30 min dollar verdi. Pulu ondan alıb Azər Səricanova verdim. Amma pulu alanda Valeh şərt qoymuşdu ki, iş alınmasa, pulu qaytarmalıyam. Tutulmasaydım, İrana qayıdıb yaşayacaqdım. Bundan başqa, Valeh mənə Azərbaycandakı strateji obyektlərin fotolarını çəkməyi tapşırdı. Mən də dediyi yerlərin şəklini çəkib atdım”.
Proses martın 1-də davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin martında baş verib. F. Mustafa evinin önündə “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində xəsarət alıb. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham elan edilib.
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı