Sinan Oğanla Zəfər Partiyası arasında gərginlik: "Bakıya getdim, rəhmətlik Elçibəylə birlikdə işlədim" - "Əgər mən sosialist idimsə..."
19-02-2024 [09:17]
Zəfər Partiyasının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Azmi Karamahmutoğlunun ötən il keçirilən prezident seçkilərində prezidentliyə namizəd Sinan Oğan haqqında "Onunla tanış olanda sosialist idi" iddiası ortalığı qarışdırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sinan Oğan Karamahmutoğlunun iddialarına sosial media hesabında sərt cavab verib.
Sinan Oğan yazıb: "Mən cavab vermədikcə böhtanlarınıza davam etdiyinizi görürəm. İndi günah bizdən getd. İstanbul kimi sevimli bir şəhərin bələdiyyə başqanlığına namizəd oldunuz, amma həyasızcasına yalan danışırsınız. Sanki mənimlə tanış olanda sosialist idim.
Azmi Karamahmutoğlu, məni nə vaxt tanıdın?
Sən Mersində Peşə Məktəbində oxuyanda mən İstanbulda oxuyurdum və o vaxt görüşməmişdik. Mən 1988-ci ildə İstanbulun Ülkü Ocakları başkanı Nihat Çetinkaya ilə birlikdə İstanbulda Azərbaycan Dərnəyini qurdum, Azərbaycanın müstəqilliyi üçün mübarizə apararkən sizi yox idiniz. Türk Dünyası Araşdırmalar Vəqfinin prezidenti Turan Yazqanla birlikdəyəkən yenə səni görmədim. Türk Dünyası Atlasını ilk dəfə 1989-cu ildə mən hazırlamışdım. Orada da görüşməmişdik.1990-cı ildə rus tankları Bakıda qırğın törədəndə mən şəxsən 25 min insanı Sovet İttifaqının İstanbuldakı Baş Konsulluğu önünə toplayıb mitinqə rəhbərlik etdim, siz yox idiniz, orada da görüşmədik yəni. Sonra Azərbaycana getdim, orada rəhmətlik Elçibəylə birlikdə işlədim, orda da sizinlə görüşmədik.
Daha sonra TİKA-nın Azərbaycandakı nümayəndəsi kimi türk dünyasına xidmət edir, universitetdə tələbə yetişdiridm, orada da görüşmədik. 2000-ci ildə Türkiyəyə qayıtdım və ASAM-da Ümit Özdağla işləməyə başladım. Orada da görüşmədik. Yenə MHP-də mən sədrin müşaviri, sonra parlamentdə MHP-nin deputatı olmuşam. Burada da görüşməmişik. Sizinlə ilk görüşümüz 2015-ci ildə MHP başqanlığına namizədliyim zamanı İstanbulda bir ofisdə oldu. O zaman məndən soruşdunuz ki, başqan olsam, sizi yenidən partiyaya qəbul edəcəmmi, mən də təbii ki, partiyadan gedənlərin hamısını toplayacağam dedim və mənə dəstəyinizi bildirdiniz. Əgər mən sosialist idimsə, niyə mənimlə görüşüb dəstəyinizi bildirdiniz? Sonra Kamal Kılıçdaroğlundan mandat almaq üçün son dəfə sizi HDP ilə qol-qola gördük. Kılıçdaroğlu kimə vəkillik verdi, amma səndən istifadə etdi, hətta deputatlığa da layiq görmədi, bir kənara atdı.
Bir müddət ATA alyansına və Zəfər Partiyasına "boşuna səsinizi verməyin" deyirdiniz. Necə ki, son seçkilərdə hazırda namizədi olduğunuz Zəfər Partiyasına səs vermədiniz, Türk Millətçilərini Zəfər Partiyasına deyil, CHP-yə səs verməyə çağırır, HDP-yə qoşulmağa dəvət edirdiniz!".
Sinan Oan daha sonra belə böhranlarla İstanbul seçkilərində uğur qazanmağın mümkün olmadığnı bəyan edib.
Qeyd etdiyimiz kimi, Sinan Oğanın bu sərt bəyanatına Zəfər Partiyasından cavab gecikməyib. Zəfər Partiyasının sədr müavini Sevdagül Tunçer Oğanın uzun yazısına sadəcə bir kəlmə ilə “Kəs!” cavab verib.
Firudin Səfərli
MİA.AZ
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı