XİN Paşinyana cavab verib: "Bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır"
15-02-2024 [16:48]
"Ermənistanın baş naziri Nikol Paşinyanın 15 fevral tarixli hökumət iclasında növbəti dəfə səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır".
Mia.az xəbər verir ki, bu sözlər XİN-in bəyanatında yer alıb.
Bəyanatda deyilir ki, hərbi qulluqçumuzun yaralanmasına cavab olaraq ölkəmizin həyata keçirdiyi tədbirlərin təcavüz kimi qiymətləndirilməsi faktların saxtalaşdırılmasıdır:
"12 fevral tarixində Ermənistan tərəfinin təxribatlarının 5 aya yaxın müddətdə hökm sürən sabitliyi pozduğu və bunun məsuliyyətinin Ermənistan tərəfində olduğu hər kəsə yaxşı məlumdur. Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan hərbçisinin yaralanması faktı ilə bağlı araşdırma aparılacağı barədə vədlərinə indiyə qədər nəyə görə əməl olunmadığına izahat verilməsi, habelə Ermənistanın sərhəd postlarında müxtəlif hərbi qruplaşmalara məxsus muzdluların Müdafiə Nazirliyinə hansı əsasda tabe olması məsələsinə aydınlıq gətirilməsi faydalı olardı.
Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan baş naziri növbəti dəfə guya Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın tərkib hissəsidir. Əvvəlki bəyanatlarında belə kəndlərin 32 olduğunu bildirən baş nazirə xatırlatmaq istərdik ki, Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur.
Həmçinin, 1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə və delimitasiyanın həyata keçirilməsinə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi yaxşı olardı.
Ermənistanın bütün qonşularının ərazi bütövlüyünü dəstəklədiyini iddia edən baş nazirə Ermənistan Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında, rəsmi bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarını xatırlatmaq istərdik.
Ermənistan tərəfi həqiqətən də sülh prosesində maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkməlidir".
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR