Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
13-02-2024 [00:02]
13 fevral 2024-cü il üçün bürclərin gözləntiləri:
Qoç - emosional fon stabil deyil. Xırda və kiçik məsələlərə görə əhvalınızı pozmayın. Qətiyyətli və inadkar olsanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Maraqlı işgüzar təkliflər alacaqsınız. İşdə rəhbərlik ideyalarınızla maraqlanacaq. Yaxınlarınızla münasibətlərdə gərginlik yarana bilər. Sizi yaxşı anlamırlar. Siz isə izahatlara simiclik edirsiniz. Alış-veriş üçün əlverişli gün deyil. Nəzərdə tutmadığınız əşyaları almayın. Belədə pullar boşuna xərclənəcək.
Buğa - hər şey istədiyiniz kimi olmayacaq. Əsla gözləmədiyiniz məqamda və məkanda çətinliklər yarana bilər. Qəfil, ciddi maliyyə itkiləri ola bilər. İtirilən pulların bir qismini sonradan geri qaytarmaq mümkün olsa da, proses böyük səy tələb edir. İşdə rəhbərliklə fikir ayrılıqlları istisna deyil. İş yerini dəyişməyə zərurətin yaranması istisna deyil.
Günün ikinci yarısının emosional fonu yaxşı deyil. Sinirli və qıcıqlı olmayın. Ətrafınızdakı insanlar sizdən uzaqlaşmağa çalışa bilərlər. Amma sizi sevən insan çox səbrli olacaq və sonucda əhvalınızı yaxşılaşdıracaq.
Əkizlər - eksperimentlərə qatılmayın. Sınanmış, etibarlı vasitələrdən yararlanın. Bir qədər əvvəl başladığınız işləri başa vurun. Yeni işlərə başlamağa tələsməyin, əks təqdirdə qarışıqlıq və geriləmə ola bilər. Dostlarla münasibətilərdə fikir ayrılığı yaranacaq. Mübahisəni ciddi münaqişəyə çatdırmayın.
Şəxsi münasibətlərdə pərişan ola bilərsiniz. Romantik təmaslar istədiyiniz kimi alınmır. Sevdiyiniz insanla təmaslardakı ciddi problemi duyandan sonra məruz qaldığınız hisslərin məzmununu anlayacaqsınız.
Xərçəng - iş nə qədər sizə çətin gəlsə də, əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz. İnadkar, qətiyətli olun. Planlarınızı həyata keçirmək üçün əzmlə çalışın. Sonucda istəyinizə çata bilərsiniz. Bilik və bacarıqların artırılması üçün əlverişli gündür. Aldığınız informasiyaların dərhal karınıza gələcəyini xəyal etməyin.
Günün ikinci yarısında planlaşdırılmamış vizit ola bilər. Qonaqların gəlişinə sevinsəniz də, onlarla ünsiyyət sizi tez yoracaq. Axşam saatları gəzinti və kiçik səfərlər, habelə romantik ünsiyyət üçün sərfəlidir.
Şir - çox maraqlı, hadisələrlə zəngin gündür. Olaylar fərqli, müsbət və mənfidir. Problem ondadır ki, yaranan imkanlara əksər hallarda düzgün reaksiya vermirsiniz. Peşə fəaliyyəti ilə bağlı çətinliklərinizi çözmək, karyera müstəvisində irəliləmək şansını dəyərləndirin. Nüfuzlu insanlarla münasibətlərdə gərginlik yaratmayın. Bəzi qərar, söz və addımlarınız aqressiv təsir bağışlaya bilər.
Yaranan ideyalara ciddi yanaşın. Bir qədər sonra onların bəzilərini reallaşdıra biləcəksiniz. Qarşınızda yeni imkanlar yaranır. Bacarıq və potensialınıza inanın. Belə olarsa, ətrafınızdakı insanlar da sizə inanacaqlar.
Qız - kiçik çətinliklər və anlaşılmazlıqlara rəğmən işlərin öhdəsindən əla gəlməyə çalışın. Qərarlarınız müdrik olsun. Tələskənliyə yol verməyin, amma geridə də qalmayın, ətalətli və süst olmayın. Məntiqlə davranın, yolunuzdan sapmayın.
Öz işlərinizi həll etmək əvəzinə bütün vaxtınızı başqalarının problemlərinin çözülməsinə həsr etməyin. Yeni sahədə, işdə fəaliyyətə başlamaq üçün əlverişli gündür. Yeni müttəfiqlər və tərəfdaşlar qazanacaqsınız.
Yaxınlarla ünsiyyət, birgə istirahət, səfər və ya gəzinti üçün əlverişli zamandır. Axşam saatlarında darıxmayacaqsınız. Alış-veriş edə bilərsiniz.
Tərəzi - çətin, qarışıq, təbəddülatlı gündür. Bütün işlər planlaşdırdığınız kimi alınmır. Özünüzdən savayı kimsəni suçlamayın. Başqalarının münaqişələrinə qatılmayın. Sülhməramlı cəhdləriniz uğursuzluğa düçar olacaq. Bir zamanlar sizə yardım edən, dəstək verən insanlar indi sizi manipulyasiya qurbanı etməyə can atırlar. Onlar böyük qurbanlar tələb edirlər. Sərt, dönməz olun. Yalnız belə olan təqdirdə maraqlarınızı qoruyaraq hifz edə bilərsiniz.
Mənfi təmayüllərin təsirlərinə rəğmən özünüz və yaxınlarınız üçün xeyli iş görə bilərsiniz. Əsas məsələ sürətlə dəyişən situasiyaya tez uyğunlaşmaq, ətrafınızdakı insanlar qarşısında ağır şərtlər qoymamaqdır. Başqalarının nöqsanlarına və zəifliklərinə dözümlü olun.
Əqrəb - gün asan və sadədir. Bir sıra işlərdə uğur qazana bilərsiniz. Başlamalı olduğunuz işi intuitiv hiss edin. Təxirə salmaq və ya başqasına tapşırılması gərəkən işi müyyənləşdirin, vaxt və imkanlarınıza qənaət edin. Nikbin olun. İndiyədək sizdən uzaq durmağa çalışan insanlar sizə can atırlar. Kommersiya fəaliyyəti, anlaşma və sövdələşmələr üçün əlverişli gündür.
Günün ikinci yarısı o qədər də uğurlu deyil. Mənfi təmayüllərin təsiri güclənir, işdə fasilələr və gecikmələr yaranır. Kiçik anlaşılmazlıqların ciddi problemlərə çevrilərək münaqişə ərəfəsi olmasına imkan verməyin. Artıq heç nə deməyin.
Oxatan - ciddi və önəmli işə başlasanız, uğur əldə edəcəksiniz. Orijinal qərarlar qəbul edin. Mürəkkəb situasiyada qeyri-standard davranmaqla ətrafınızdakı insanları təəccübləndirə bilərsiniz.
Lider məziyyətlərinizi nümayiş etdirsəniz, yeni müttəfiq və ya tərəfdaş tapa bilərsiniz.
Bilik və bacarıqlarınızı, qabiliyyətinizi göstərmək üçün əlverişli zamandır. İdeyalarınızı bölüşəndə onları dəstəkləyən olacaq. Romantik təmaslar ola bilər. Dostların yardım və dəstəyinə bel bağlamaq olar.
Oğlaq - rutin, yeknəsək gündür. Tərəfdaş və ya müttəfiq sizə birləşən kimi irəliləyə biləcəksiniz. Birgə layihəyə başlamaq üçün bundan yaxşı gün çətin ki, tapılsın. Planlaşdırılmamış vizitlər ola bilər. Qonaqlara sevinəcəksiniz. Dəvət aldığınız toplantıya, çağırıldığınız məclisə gedin. Yanınızdakı şəxslərin sizə rəğbəti var. Yeni tanışlıqlar olacaq. Lakin belə tanışlıqların sizdə ciddi maraq yaratması çətin məsələdir.
Dolça - rəsmi olmayan şəraitdə ünsiyyət üçün əla gündür. Köhnə dostlarla görüşdən həzz alacaq, yeni tanışlıqlar əldə edəcəksiniz. Orijinal qərarlar qəbul edərək ekstravaqantlığınızla ətrafdakıları heyrətləndirə bilərsiniz. Məqsədə çatmaq üçün qeyri-standart davranmaq olar.
Qonaq qəbul etmək və ya qonaq getmək üçün yaxşı gündür. Peşəkar fəaliyyətinizdə sizə yardım edə biləcək insanlarla ünsiyyətdə aktiv olun. Axşam saatlarında aktiv istirahəti seçin.
Balıqlar - sadə olmayan gündür. Yolunuzda çoxsaylı sədlər və maneələr yaranır. Onları dəf etməyin mümkünsüz olduğunu düşünməyin. Çətinliklər az deyil, amma nikbin olun. Ən mürəkkəb anda yanınızda sizə mənəvi dəstək verməklə yanaşı, real kömək edəcək insanı görəcəksiniz. Köhnə dostlar və sadiq işgüzar tərəfdaşlarla görüş üçün münasib gündür.
Ailə üzvləri ilə münasibətlərdə gərginlik yaratmayın. Sevdiyiniz insanla təmaslarda diqqətli və həssas olun. İstək və arzularınızın köləsinə çevrilməyin. Ani həzz hissi verəcək əyləncəyə pul xərcləməyin.
Milli.Az
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun