Fil Dişi Sahili Afrika Kubokunu qazanıb

img

12-02-2024 [09:07]


Fil Dişi Sahili qitənin ən önəmli futbol qurumu olan Afrika Millətlər Kubokunun finalında Nigeriya ilə üz-üzə gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Abidjandakı Alassane Ouattara stadionunda keçirilən matçın 38-ci dəqiqədə Nigeriya milliisnin futbolçusu Vilyam Troost-Ekonq komandasını önə çıxarıb - 1:0.

Fil Dişi Sahili 62-ci dəqiqədə Frank Kessinin qolu ilə tarazığı bərpa edib.

81-ci dəqiqədə isə Sebastien Hallerlə daha bir qol vuraraq Fil Dişi Sahilinin kuboku qazanmasınıt əmin edib.

Beləliklə, 2-1 qazanan Fil Dişi Sahili 1992 və 2015-ci illərdən sonra üçüncü dəfə Afrika Millətlər Kubokunun qalibi olub.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA