Təşkilat sədrinin oğlu həbs olunub

img

11-02-2024 [15:42]


Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının gənclər təşkilatı komitəsinin fəalı Əyyub Çələbi dünən  saxlanılıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, o, məhkəmə qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Xatırladaq ki, onun atası Xəyyam Çələbi ADR Səbail rayon təşkilatı sədridir.

Atası bildirib ki, oğlu dünən evdən çörək almaq üçün çıxıb və həbs edilib.

Həbsin dəqiq səbəbi açıqlanmayıb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA