Azərbaycanın növbəti qələbəsi... - Əli Cabbarov yazır
08-02-2024 [18:18]
Əli CABBAROV
***
7 fevral 2024-cü ildə uğurla başa çatmış növbədənkənar prezident seçkiləri istər vətəndaşlarımızın seçki fəallığı, istərsə də seçkinin nəticəsi ilə Azərbaycan xalqının növbəti qələbəsini dünyaya elan etdi.
Dünən axşam saatlarından küçələrə axaşıb Zəfər seçkisinin qələbəsini bir-biri ilə paylaşan azərbaycanlılar üçün bu qələbə unudulmaz 9 noyabr gecəsindən sabaha qədər bütün günü yaşadığımız tariximizin ən böyük bayram gününü yaddaşlarımızda yenidən yaşatdı. Bir daha heç kimə məğlub olmamaq, bütün ömrü boyu Qalib Xalq kimi yaşamaq üçün Azərbaycan Qalib Lideri İlham Əliyevi yenidən prezident vəzifəsinə seçdi.
Hər dövlət başçısı seçimi ölkələrin, onların xalqlarının və dünya birliyinin maraqlarını əks etdirən mühüm siyasi hadisədir. Bu mənada, güclü dövlət qurub onun çətiri altında firavan və xoşbəxt ömür sürməyi bacaran xalqlar üçün seçim şüarı həmişə “Birlk və həmrəylik” olub, hər cür kənar təsirlərə qarşı birgə mübarizəni özündə ehtiva edir. Müstəqillik tarixi ərzində bütün belə təsir və təhlükələrlə üzləşmiş Azərbaycanın bu seçim qələbəsi də xalqımzın, dövlətimizin, ordumuzun qələbələrini qısqananlar, yaxud ölkəmizə qarşı açıqca düşmən münasibətini gizlətməyənlər üçün açıq bir xəbərdarlıq oldu. 7 fevral qələbəsi çox yaxın tarixdə “20 yanvar”, “26 fevral” günlərini yaşamış Azərbaycana qarşı kimisənin bir daha cəsarətlənə bilməməsi üçün xalqımızın tək yumruq kimi birlik günü idi.
Hələ seçki öncəsində kimin dost, kimin düşmən olduğunu bir daha tanıyan Azərbaycan bu seçimlərdə bir çox ilkəri yaşadı. Otuz il düşmən işğalı altına qalmış azad Qarabağda yaradılmış seçki məntəqələri, dövlət başçımızın ilk dəfə paytaxt Bakıdan kənarda, Xankəndində səs verməsi, seçki qalibinin topladığı ən yüksək səs faizi, hətta ölkəsinin ərazi bütövlüyü pozulmuş xarici müşahidəçinin belə qalib gəlmiş İlham Əliyev kimi özünə prezident arzulaması xalqımıza qarşı açıq və ya üstürtülü şəkildə müharibə aparanların çirkin niyyətlərini ürəyində qoydu. Bununla belə, Azərbaycandakı seçkinin qalibini ilk təbrik edən ölkə başçıları isə kənardan idarə olunmayan bir xalqın iradəsinə hörmət göstərməklə öz dövlətlərinin də müstəqil siyasət verə biləcək gücdə olduğunu nümayiş etdirdilər. Çünki dünydakı sağlam düşüncə yaxşı görür ki, Azərbaycandakı seçki zəfəri ölkəmizdən daha çox regiona, dünyaya lazımdır. Kimlərinsə dünyanı qarşıdırmaqla öz iqtidarını qoruyub saxlamasından fərqli olaraq Azərbaycan kimi işğallardan, müharibələrdən əziyyət çəkən ölkələrə Qərbin “ixrac məhsulları”ndan daha çox onların sahib olduğu birlik və sabitlik daha çox lazımdır. Qərbin dünya siyasi səhnəsindəki komik aktyorlarının ifasındakı hamıya yaxşı tanış olan səhnələr isə ümumiyyətlə, heç kimə lazım deyil. Prezidentinin, yaxud baş nazirinin kəlləsində lax yumurta qırıb, qulağının dibini yumruqla qızardan xalqlardan Azərbaycana gələ biləcək dövlətçilik mədəniyyəti, yaxud iqtidar səriştəsinə bu dövrdə kimisə inandırmaq sadəcə gülünc doğurur .
Müstəqil Azərbaycan Respublikası tarixi bir dövrü arxada qoyub, yeni, daha məsuliyyətli dövrün astanasındadır. Ölkəmizin daha da güclənməsini istəməyən qüvvələrə qarşı yeni dövrün Azərbaycanı üçün daha intellektli, daha modern idarəetməyə, ölkəmizin sahib olduğu təbii, maliyyə və insan resurslarından daha rasional istifadəyə keçid ən zəruri məsələlərdəndir. Dövlət başçımızın müəyən etdiyi yeni inkişaf yolunun xəritəsi qarşısında öz gələcəyini açıq görən Azərbaycan gənci məhz buna görə 7 fevral seçkilərində səsini Prezident İlham Əliyevə verməklə XXI əsrin yeni Azərbaycanı üçün onunla həmrəy olduğunu bəyan etdi.
Qarşıdakı dövr Azərbaycan olduqca əhəmiyyətli dövrdür. Qarabağın yenidən qurulması, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvana birbaşa kommunikasiyaların açılması, ölkə iqtisadiyyatında yeni dövrün tələblərinə uyğun olaraq şaxələndirilmə aparılaraq neftdən asılılığın daha da azaldılması, yaşıl iqtisadiyyata keçid, alternativ və bərpaolunan enerji mənbələrindən istfadədə regionda liderə çevrilmək kimi qarşımızda mühüm vəzifələr vardır. Ölkəmizin müdafiə qabiliyyətinin daha da artırılması isə önümüzdəki illərdə bir nömrəli vəzifələrdən biri kimi xalqımızın hər bir nəfərin düşündürür. Bu yolda ən doğru seçimini etmiş Azərbaycan həmişə Qalib Prezidenti ilə yeni zəfərlər qazanacaq.
MİA.AZ
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR