ABŞ-ın keçmiş dövlət katibindən istefa mesajı: "Netanyahu vəzifədən getməlidir"

img

08-02-2024 [14:27]


ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton etibarlı lider kimi görmədiyi İsrailin baş naziri Benyamin Netanyahuya mesaj ünvanlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Amerikanın MSNBC kanalına müsahibəsində İsrailin Baş nazirini istefaya səsləyib: "Netanyahu getməlidir. Hesab edirəm, hazırda İsrailə atəşkəsin qarşısını alacaq və ya ona mane olacaq güvənsiz lider lazım deyil. İsrail baş naziri vəzifəsini tərk etməlidir. Netanyahu getməlidir. O, etibarlı lider deyil".

İsrail ordusunun Qəzzanın cənubuna - milyonlarla mülki insanın sığındığı Rəfaha hücuma hazırlaşmasını "dəhşətli plan" adlandıran Klinton bildiirb ki, tərəflər təcili atəşkəsə getməlidir.

ABŞ prezidenti Co Baydenin Netanyahu ilə münasibəti ilə bağlı sualı cavablandıran Klinton deyib: "Məncə, Baydenin Netanyahuya təsir etmək üçün əlindən gələni etdiyi tam aydın görünür".

Lamiyə Əhmədli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR