"Maska" şousunun qalibi bəlli olub

img

05-02-2024 [11:04]


“İctimai TV”də yayımlanan “Maska” şousunun qalibi bəlli olub. 

Mia.az xəbər verir ki, “Canavar” obrazını canlandıran iştirakçı mükafata layiq görülüb.

“Canavar” maskası altından müğənni Dilarə Kazımova çıxıb.

Qeyd edək ki, şouda münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Murad Arif və Nigar Camal, aparıcı Kamilə Babayeva oturub.

Eyni zamanda “Alov” obrazında olan iştirakçı müğənni Nadir Rüstəmli, “Cırtdan” obrazını oynayanın müğənni Eldar Qasımov olub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA