Bakı Dövlət Sirkinin fəaliyyəti dayandırılıb - Səbəb

img

10-01-2024 [15:05]


Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri Bakı Dövlət Sirkinə baxış keçirib.

Bakı Dövlət Sirkindən Mia.az-a daxil olan məlumata əsasən, binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər qeyd olunub: “Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və bu barədə Bakı Dövlət Sirkinə müvafiq tapşırıqlar verilib. Yanvarın 7-dən sirkin fəaliyyəti müvəqqəti dayandırılıb. Binada işlər yekunlaşdırıldıqdan sonra sirk yenidən qapılarını tamaşaçılara açacaq”.

Qeyd edək ki, Bakı Dövlət Sirki SSRİ dövründə tikilən unikal memarlığa malik bu binada 1967-ci ildən fəaliyyət göstərir.


Digər xəbərlər
SON XƏBƏRLƏR