İsrail Qəzza zolağında su kəmərlərini bombalayıb - İki qəsəbə ilə əlaqə kəsilib

img

11-12-2023 [00:05]


İsrail döyüş təyyarələri Qəzza zolağında su kəmərlərini bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin hökuməti bəyanat yayıb.

Məlumata görə, İsrail döyüş təyyarələrinin Qəzza zolağının cənubundakı Xan Yunis və Rəfah qəsəbələrini birləşdirən su kəmərlərini sıradan çıxarıb: "Bununla yanaşı, İsrail ordusu Rəfah və Xan Yunisi birləşdirən əsas yolu da dağıdıb. Artıq bu yolu tamamilə yararsız hala düşüb. Bu fakt hər iki qəsəbə əhalinin həm də digər yardımlardan məhrum edilməsi deməkdir...".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA