İnfarkt keçirən basketbolçu aktiv idmana dönür - Açıqlama

img

01-12-2023 [15:34]


Amerika Basketbol Liqasının (NBA) komandalarından olan "Los Anceles Leykers" klubunun ulduz futbolçusu LeBron Ceymsin oğlu Bronni infarkt keçirdikdən sonra yenidən meydana qayıtmağa hazırlaşır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Bronni aktiv basketbol həyatına dönmək üzrə olduğunu açıqlayıb.

Ceyms ailəsindən verilən açıqlamayə görə, sağlamlığına qovuşan 19 yaşlı Bronni Ceyms gələn həftə basketbol məşqlərinə başlayacaq: "O, yenidən matçlara çıxacaq".

Xatırladaq ki, "Sierra Canyon" Liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Cənubi Kaliforniya Universitetinin basketbol komandasına qatılan Bronni iyul ayında məşq zamanı infarkt keçirib: "O, həmin vaxt təcili xəstəxanaya yerləşdirlərək, bir müddət müalicə alıb. Ona "anadangəlmə ürək qüsuru" diaqnozu qoyulub".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR