İran XİN başçısı: “Çox gec olmadan Qəzzaya hücum dərhal dayandırılmalııdr"

img

01-12-2023 [14:18]


“Çox gec olmadan Qəzzaya hücum dərhal dayandırılmalııdr".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bölgədıki vəziyyətə münasibətdə bildirib.

Onun sözlərinə görə, Qəzzada müvəqqəti atəşkəsin uzadılmaması və İsrailin yenidən hücumlara başlaması məqsədli planın tərkib hissəsidir.

Nazir iddia edib ki, Vaşinqton və Təl-Əvivin müharibəni davam etdirməkdə israrlı olması Qəzzada və İordan çayının qərb sahilində yeni bir soyqırıma hazırlığın xəbərçisidir: "Qarşı tərəf müharibəyə qayıtmağın ciddi nəticələrini düşünmür. Çox gec olmadan Qəzzaya hücumlar dərhal dayandırılmalıdır".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq