Zahid Oruc: ”Bəli, hər gün total hücumlar qarşısındayıq..." - "Belə çıxır ki, suverenlik biriləri üçün toxunulmazlıq, digərləri üçün cəzadır"
30-11-2023 [10:44]
"3 il əvvəl Birləşmiş Millətlər Təşkilatının, indi isə Ümumdünya İnsan hüquqları bəyannəməsinin 75-ci ildönümü qlobal sarsıntılar və böhranlar şəraitində keçir. Hər bir insanın-vətəndaşın hüquqlarının olması üçün o azad, milli və müstəqil ölkədə yaşamalıdır".
Mia.az xəbər verir ki, inə görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan beynəlxalq konfransda deyib.
STM rəhbəri bildirİb ki, Suveren ölkədə insanların dinc və təhlükəsiz şəraitdə yaşaması, firavan həyatı, sosial rifahı və hüquqları dövlət tərəfindən qorunur:
"Xalqımız əsrlər boyu milli azadlığa və müstəqilliyə can atıb. Ulu öndər Heydər Əliyev ötən yüzilliyin sonunda Azərbaycan xalqının xilas edərək bu fundamental haqqı gerçəkliyə çevirdi.
XXI yüzillikdə insan hüquqları yalnız hüquq və təkcə insan məsələsi deyil. Onu müxtəlif quruluş və mənafelərə alət ediblər. Cəmi 20-30 il əvvəl bir çoxları XXI yüzili insan hüquqlarının Zəfər əsri kimi təsəvvür edirdi. Lakin bu arzular tamamilə əksinə çevrildi. XX əsrin 60-cı illərində bir çox müstəmləkələrin Qərbi Avropa dövlətlərindən azad olması, ABŞ-da irqi-ayrı seçkilik hallarına qarşı aparılan inqilaba Ali Məhkəmənin ”başçılıq” etməsi dönüş yaratsa da, “soyuq müharibə” ideoloji qarşıdurmanı gücləndirdiyi üçün Bəyannamənin əvvəlki yubiley və ildönümüləri də qanlı müharibələr şəraitində keçdi.
Bəli, Deklarasiyanın qəbul edildiyi 1948-ci ili unutmaq olmaz. O vaxt bəşər tarixində qanlı, 2-ci dünya müharibəsinin sona çatmasından 3 il keçirdi. Nəinki insan hüquqlarının, ümumiyyətlə insanın üstündən xətt çəkən faşizm üzərində Nürnberq məhkəməsindən isə 2 il ötmüşdü. Beləliklə, son 75 ildə dünya siyasi xəritəsi köklü şəkildə yenidən cızılıb. Bəyannamə ilk növbədə fundamental insan hüquqlarının ən ağır şəkildə pozulmasına, müharibə cinayətlərinin təkrar olunmamasına reaksiya kimi ərsəyə gəlmişdi. O gələcəkdə də, ilk baxışda qanunla seçilmiş bir hakimiyyətin çoxluq, əksəriyyət adından insanlığa qarşı cinayətini aradan qaldırılmaq istəyilə meydana çıxdı. İndi dünya birliyi Bəyannamənin ildönümündə belə onun yaranmasının əsas səbəblərini unudur, əksinə canlı yayımlarda gedən müharibələr gündəlik əyləncəyə çevrilib. Bu gün, Avropanın bir hissəsində Rusiya və Ukrayna, eləcə də Yaxın Şərqdə dəhşətli, milyonlarla insana fəlakət gətirən müharibələr Bəyannamənin qəbulunun əsas səbəblərinə tam biganəliyin nəticəsidir. Söhbət 1-2 nəfərin deyil, milyonlarla, on milyonlarla insanın taleyindən gedir. Göründüyü kimi, insan hüquqlarının müdafiəsi adı altında dünyanın yenidən bölgüsü, geosiyasi maraqların savaşı gedir. Hüquq hazırda ən çox devalvasiyaya uğrayan məfhumdur".
Zahid Orucu sözlərinə görə, müstəqillik tarixində torpaqların işğalı, ərazi bütövlüyünün pozulması bütün səviyyələrdə xalqımızın və beynəlxalq hüququn natamamlığı idi:
"Vətən müharibəsi İnsan Hüquqları Bəyannəməsinin 75-ci ildönümünə ən böyük töhfə oldu, çünki Azərbaycan xalqı prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki bir milyon köçkünün, eləcə də, regionda və dünyada ədaləti təcəssüm etdirən parlaq Zəfər qazandı. İndi Böyük Qayıdış konstitsuion haqlarına qovuşmağın təntənəsidir. Beləliklə, regionda və dünyada formalaşan yeni reallığın-insan haqlarının təminatıının fərqli nümunəsi yaranıb.
Lakin ölkəmizin suverenliyinin Xankəndi zirvəsindən sonra Amerika, Kanada, AB-nin çoxluğu, xüsusən də Fransa və Almaniya, onların əlaltı dövlətləri necə ikiüzlü və məkrli siyasət aparır, açıq şəkildə bölgənin təhlükəsizliyinə zərbə vurur, fərdin hüququnu qorumaq adı altında millətlərin haqlarını məhv etmək üçün aqressiv addımlar atırlar.
Bəli, hər gün total hücumlar qarşısındayıq. Sual olunur: nədən qurucu atalar sayılan cefersonların, vaşinqtonların bəyan etdikləri azadlıq hüququ-doğma torpaqlarda yaşamaq haqqımız Konqres binalarında, Bundestaq və Senat salonlarında süngü ilə qarşılanır?
Qərbin öz dəyələrini necə ayaq altına ataraq, hüquqlar üzərində geosiyasət, iqtisadi sümürgənlik apardığını hamı görür, böyük hərbi yürüşlərin insan hüquqlarını qorumaq adı altında həyata keçirildiyi, arzuolunmaz rejimlərin devrildiyi və milli dövlətçiliklərin məhv edildiyinin şahidi olur".
Zahid Oruc daha sonra qeyd edib ki, bir neçə il öncə aparıcı Qərb mediasının əsas hədəfində olan Qəzzafinin 70 milyardlıq sərvəti, yaxud Bin Əlinin Avropa Banklarındakı pulları indi adları çəkilən şəxslərin vətənində əsil xaos yaradılandan sonra tam unudulub və milyonlarla insanın kütləvi faciəsi televizya ekranlarından silinib:
"Biz Deklarasiyanın 75-ci ildönümü qeyd edən hər bir dövlətdən soruşuruq-son 3 ilədək adı 82 milyonluq dünya qaçqın siyasında olan azərbaycanlıların öz milli hüqularını qan və can bahasına qazanmasını alqışlayırsızmı? Əgər cavabınız müsbətdirsə, elə isə harada vermisiniz o dəstək bəyanatlarını və təbrik mesajlarını? Dağılan 100 minlərlə evdən birinin bərpasını, ayrıca kəndin və yaşayış məntəqəsinin tikintisini öz üzərinə götürməyən BMT Təhülkəsizlik Şurası üzvlərinin 10 dekabrda dünyaya səslənməyə ixtiyarı varmı?.
Vaxtilə Corc Buş rəngli inqilabın ardınca Gürcüstan paytaxtına gəlmişdi, lakin əfqan xalqı ilə görüşə getmədi, əvəzində Tbilisidə bir küçə adı qazandı, indi sovet mirasını silib demokratik dövlət quran Mixail Saakaşvili həbsxanada can savaşı verir və öz haqqını qorumaq üçün onu qızılgüllə silahlandıran dövlətlərdən heç bir yardım almır".
Milli Məclisin üzvü əlavə edib ki, Cəbrayılın, Füzulinin, Ağdamın bir kəndini Birləşmiş Ştatlar öz üzərinə götürsə, xalqımız onun xeyirxahlığını əbədiləşdirər, şərəfinə abidə qoyar: "Siz bir Avropa dövlətinin Qarabağın quruculuğu üçün beynəlxalq donor konfransı təşəbbüsünü gördünüzmü? Halbuki ölkəmizin də humanitar dəstək verdiyi Ukraynaya qarşı düşmən saydıqları Rusiyanın məğlubiyyəti üçün 232 milyard dollar xərcləyiblər. Bəs millətimizin suverenlik və bütövlük savaşına ABŞ, Fransa və Almaniyanın hansı hərbi-maliyyə dəstəyi olub? Bəlkə torpaq bütünlüyü müstəsna dövlətlərin sərəncamındadır ? Yoxsa, Yer üzü vahid deyil?! Bəlkə Azərbaycanda 100-lərlə “seçilmiş adam”ın hüququnu avroparlamentlərdə, yaxud konqreslərdə istismar edənlər üçün köçkünlərin qayıdış hüququ 907-ci məsələdir?".
Zahid Oruc sonda fikrini belə yekunlaşdırıb: "Bəli, 21-ci əsrin tək qalib xalqı-azərbaycanlılara qarşı total kampaniya gedir. Kanada, Çexiya, İspaniya, Lüksemburq və əvvəllər neytrallıq saxlayan bir çox irili-xirdali ölkə Qafqazı xəritədə göstərməkdə çətinlik çəkən öz vecsiz hakimiyyətlərinin hər addımda anti-Azərbaycan qərarını görür. Belə çıxır ki, suverenlik biriləri üçün toxunulmazlıq, digərləri üçün cəzadır. Məgər, Azərbaycan və onun lideri dünyada ədaləti təmin etdiyi üçün ən yüksək mükafata layiq deyilmi? Sovetlər Birliyinin rəhbərlərinə etiraz üçün meydanlara çıxan azərbaycanlıları ‘Time’ jurnalı “ilin xalqı” seçib ideoloji düşmən saydığı quruluşun dağılmasına dəstək vermişdi, indi işğala son qoyan bir milləti 21-ci əsrin hələ ki, tək və bir nömrəlisi elan etməyə kim mane olur?".
Əhməd
MİA.AZ
Rektor generalın həyat yoldaşını yeni vəzifəyə təyin edib - FOTO
Beyləqanda ər arvadını bıçaqlayıb
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
Ukrayna ilə Böyük Britaniya ilə "100 illik tərəfdaşlıq” sazişi qüvvəyə mindi: "Bu, bizim ittifaq gücümüzü ikiqat artırır”
Türkiyə Liviya vətəndaşları üçün vizanı sadələşdirib
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
Əli Əsədov Qırğızıstan prezidenti ilə görüşdə iştirak edib
Qəzzada daha 79 nəfər ölüb - 288 nəfər isə yaralanıb
Zaur Axundov "Silk Vey Vest"dən nə qədər qazanır? - Hesabat
16 yaşlı Ceyhun Nəcəfova hökm oxundu - Sinif yoldaşını öldürüb!
Onlar bu komitə yanında İctimai Şura üzvü seçildilər - SİYAHI
Zakir Həsənov Çinə gedib
AFFA bəzi klubları və futbolçuları cəzalandırıb
Sabah yağış yağacaq - Proqnoz
Prezident İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Nələr müzakirə olunub?
Müəllim MÜTDA rəhbərini ələ saldı: "Cənab Eşqi Bağırov,odun peçinə uzbe qoşsaq, printer işləyər? - "Nazirimiz problemlərdən elə danışır, elə bil..."
Türkiyədə yeni nazirlik yaradılır
Türkiyəli aktyor xəstəxanadan çıxdı - FOTO
Əli Əsədov Qırğızıstana gedib
Milli Məclisdə dinləmə keçiriləcək
"Harda yazılıb ki, xanəndə botoks etdirə bilməz?" - "Qarayaxma kampaniyaları aparan və həmin yazıları yazdıran adamlar..."
“Əsrlərin sədasında xalça sehri” sərgisi açılıb
Rusiyada azərbaycanlı iş adamı kimin qəzəbinə tuş gəlib? - Nəsimi Məmmədov həbs etmək istəyirlər
Türkiyədə İŞİD-ə qarşı növbəti əməliyyat: 51 şübhəli tutulub
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - FOTO
ChatGPT-də yeni qadağalar olacaq
Çempionlar Liqası: bu gecə daha 6 oyun olacaq
Azərbaycan nefti cüzi bahalaşıb
69 manata məzar yeri var ki? - Qəbiristanlıqlarda torpaq bahalaşıb
Britaniya Fələstin dövlətini tanıyacaq - Bu həftə
“Yuventus” türk futbolçunun maaşını qaldırdı - 6 milyon avroya
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED uçot dərəcəsi barədə qərarını açıqlayıb
Qəzzada ölənlərin sayı 65 mini ötdü
Sabah Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq - SİYAHI
Əli Əsədov yeni qərar imzalayıb - Dəyişiklik
Azərbaycan və BƏƏ arasında Birgə Biznes Şurası yaradılıb