Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
30-11-2023 [00:04]
Qoç - həmkarlar və işgüzar tərəfdaşlarla münasibətlərdəki dəyişikliklər müəyyən narahatlıq yarada bilər. Fəaliyyətinizdən narazılıq, qərarların qəbulu prosesində təbəddülatlar yarana bilər. Nigaran qalmayın, problemlər müvəqqətidir. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq. Menecmenti ağılla qurun. Ailədəki mühit yaxşıdır. Sərt reaksiyalara heç bir ehtiyac yoxdur. Subaysınızsa, maraqlı insanla tanış olacaqsınız.
Buğa - əlverişli situasiya sizə yarımçıq işləri uğurla başa vurmağa imkan verir. Məntiqli risk etmək olar. Hər şey qətiyyət və əmək məhsuldarlığınızdan asılıdır. Mobil, çevik, mütəhərrik olun. Yeni informasiyaları əldə etməyə çalışın. Günün ikinci yarısında enerji potensialınızın səviyyəsi tədricən azalacaq. Səhhətinizə fikir verin. Yaxınlarınız və dostlarınız sizi dəstəkləyəcəklər. Ailə üzvləri ilə təmaslar kefinizi kökəldəcək. Axşam saatlarını evdə keçirin.
Əkizlər - bilik və bacarıqlarınızı nümayiş etdirin. Təcrübənizdən yararlanın. Texniki sahədə çalışırsınızsa, şanslarınızdan yararlanın. Ambisioz planlar qurun, inandığınız insanlarla əməkdaşlıq edin. İşdə rəhbər vəzifə tutursunuzsa, əməkdaşlar arasındakı səlahiyyət və məsuliyyətin bölünməsinə nəzarət edin. Vəzifəniz kiçikdirsə, fəaliyyətinizi optimallaşdırın.
Günün ikinci yarısında dostlar yaşam problemlərindən biri ilə bağlı sizə müraciət edəcəklər. Onların yardımınıza ehtiyacı var. Ailə üzvləri ilə təmaslar müsbət emosiyalar bəxş edəcək.
Xərçəng - bir çox məsələləri həll etmək olar. Problemlərin sayı sizi qorxutmasın. Yeni layihələrə başlamaq, anlaşma və müqavilələri müzakirə etmək, sərmayələr barədə düşünmək üçün münasib zamandır. Müdrik insanla maraqlı görüş olacaq.
Günün ikinci yarısında fəaliyyət istiqaməti barədə düşünün. Ehtiyacı olanlara yardım edin. Yaxın ətrafınızdakı insanlar belə, davranışınızı yüksək dəyərləndirəcək. Ailə üzvləri ilə münasibətlərdə qayğıkeş olun. Onların sizə ehtiyacı var. Yaxınlarınızın problemlərini həll edin, mövqelərinizi möhkəmləndirin.
Şir - yaramaz, paxıl və ikiüzlü insanlardan uzaq olun. Belələri sizi təbdən çıxara bilər. Yaxın ətrafınızdakı insanlardan biri sizə qarşı məkrli plan hazırlayır. Plana uyğun hərəkət edin. Belədə gərginlik və tələskənlik olmadan çalışaraq bir çox işləri həll edə bilərsiniz. Günün ikinci yarısında yeni layihələrə başlamayın. Alış-veriş üçün münasib zaman deyil.
Axşam saatlarında sükan arxasında olsanız, tanış marşrutu seçin. Ailə üzvləri ilə münasibətlər emosional olacaq. Sevdiyiniz insana qarşı laübəli hisslər yaranır. Belə vəziyyətdə münasibətləri əsla aydınlaşdırmayın.
Qız - yaxınlarınızdan dəstək və yardım ala bilərsiniz. Bu imkanlardan yararlanın. Yalnız özünüzə, öz qüvvənizə güvənin, qatı fərdiyyətçilik etsəniz ciddi problemlərlə qarşılaşacaqsınız.
Günün ikinci yarısında ağıllı məsləhətlərə qulaq assanız, anlaşma, sövdələşmə, sərmayə ilə bağlı məsələlər asanlıqla həllini tapacaq. Yaşam arealının və ya texnikanın təmiri, səyahət üçün pis zaman deyil. Ailə münasibətlərində harmoniyaya nail olun. Sevdiyiniz adamla təmaslarınızı heç nə pozmamalıdır. Subaysınızsa, axşam saatlarında xoş görüş olacaq.
Tərəzi - problemləri asanlıqla, sürətlə və tez həll etmək mümkün deyil. Səbrli və soyuqqanlı davranış gərəkli nəticələr verəcək. Müdrik olun, nüfuzunuza xələl gətirəcək qərarlar verməyin.
Günün ikinci yarısında yeni həmfikir və ya tərəfdaş tapa bilərsiniz. Səfər, sənədləşdirmə, müqavilələlərin nəzərdən keçirilməsi üçün əlverişli zamandır. Alış-verişdə çox pul xərcləməyin, riskli layihələrə pul yatırmayın.
Yaxınlarınızla aktiv ünsiyyətdə olun. Ailə üzvlərinizdən biri ilə anlaşılmazlıq yarana bilər. Səhhətinizi düşünün, sağlam həyat tərzini seçin. Zərərli vərdişlərdən əl çəkin.
Əqrəb - situasiyadan yararlanaraq maddi durumunuzu yaxşılaşdıra bilərsiniz. İnternet, telekommunikasiyalar, proqramlarla bağlı problemlər yarananda aqressivləşməyin. Borc almaq, kredit götürmək və ödənişlər etmək üçün əlverişli zamandır. Təhsil sahəsində çalışırsınızsa, əlverişli zamandır.
Günün ikinci yarısında daşınmaz əmlakla bağlı məsələni çözməyə çalışın. Tapdanmış hüquqlarınızı bərpa edin. Dava, qalmaqal əvəzinə məhkəməyə iddia ərizəsi ilə müraciət edin. Axşam saatlarını virtual aləmdə keçirməyin.
Oxatan - işin effektivliyi sizdən asılıdır. Əlverişli situasiya sizə yaxşı nəticələr əldə etməyə imkan verir. Tənbəllik etməyin. Perspektivini görmədiyiniz işləri ertələməyin və çalışın. Yaxın ətrafınızdakı insanlar layihələrdən birinə maneələr yarada bilər. Günün ikinci yarısında arqumentlərinizi səsləndirin. Söhbətdə sakit olmağınız nüfuzunuzu artıra bilər. Ailə üzvlərinin biri sizə qarşı əsassız iddia ilə çıxış edəcək. Səbrli olun, münaqişəyə başlamayın. Məntiqli sözləriniz qarşı tərəfə müsbət təsir edəcək.
Oğlaq - yeni iş və ya layihəni planlaşdırmayın. Cari, rutin, adi məsələlərin həlli ilə məşğul olun. Dostlardan birinin yardım istəyini qulaqardına vurmayın. Yenilikləri əxz etməyə çalışın. Yaxın ətrafınızdakı insanlar belə, davranışınızı dəyərləndirəcəklər.
Günün ikinci yarısında ideyalarınız barədə çox danışmayın. Ailə üzvləri ilə təmaslarda səmimi, qayğıkeş olun. Dəyər verdiyiniz insanların dadına çatın. Münasibətləri yaxşılaşdırın.
Dolça - yeni işə və ya layihəyə başlamaq olar. Planlarda dəyişikliklər zəruridir. Bir qədər ehtiyatlı olun. Mövqelərinizi nəyin bahasına olursa-olsun, qorumağa çalışmayın. Bəzən kompromisə getmək gərəkdir. Mühüm xəbər və ya məlumat ala bilərsiniz.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri diqqətinizi cəlb edəcək. Mobil telefon və ya noutbukunuzu qoruyun. Sevdiyiniz insanla münasibətləri inkişaf etdirin. Ekstravaqant hədiyyə etmək, ya da dəyər verdiyiniz şəxsi qeyri-adi məkana dəvət etmək olar. Subaysınızsa, axşam saatlarında sizi romantik görüş gözləyir.
Balıqlar - emosiyalarınızın normal olması və yaxşı əhval-ruhiyyə sizə bir sıra problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Təcili olmayan işləri ertələmək olar. Lakin əyləncə və istirahətə çox vaxt ayırmayın. İndiyədək aktiv çalışıbsınızsa, işləri nəzarətsiz qoymayın.
Günün ikinci yarısında yarımçıq işləri başa vurun. Sizi narahat edən məsələlərin həll yollarını müzakirə edərək aramaq olar. Yaxınlarınızla münasibətlərdə qarşılıqlı anlaşmanın yaxılaşdırılması üçün perspektivlər yaranır. Ağır maliyyə durumunda ailə üzvləri sizi dəstəkləyəcəklər. Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Milli.Az
Tramp: "YPG-nin sərbəst buraxdığı avropalı İŞİD-lər tutulub"
ABŞ kürd silahlılarına niyə arxa çevirdi? - "Dəməşq İŞİD-ə qarşı mübarizədə daha istəklidir"
Suriya hökuməti və SDQ yenidən anlaşdı - Haseke ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident Qətərin Baş naziri ilə görüşüb - Nələr müzakirə olunub?
Əməkdar jurnalist vəfat edib
Prezident Davosda panel iclasında: "Danmırıq ki, müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq” (Yenilənib)
Hamlet İsaxanlının qızı prorektor təyin edilib
Tahir Kərimli dələduzluqda ittiham olunan qardaşından danışdı
XİDMƏTİ MAŞIN VƏ ƏRİZƏ ALINIB, ANCAQ... - İcra başçısının köməkçisi elə addım atdı ki... (FOTOLAR)
"Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var" - Qurban Qurbanov
"Ayntraxt"ın Baş məşqçisi bakıda: "Bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik"
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Prezidentin müsahibəsi: "Beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur" - "Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir" - FOTOLAR
Ərdoğanın oğlu Gəncəyə gəlib - VİDEO
Hava Limanında sərnişinlər niyə sərt şəkildə yoxlanılır? - Ekspert "Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək?" deyir
20 Yanvar və Qərbin ikiüzlü siyasəti - TƏHLİL
"Məcəllədə yazılıb, 5 ildən bir olmalıdır" - Məzahir Pənahov MSK sədrliyindən gedəcəyi barədə suala belə cavab verdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
"Sığorta şirkətləri bu yolla dövlətə də zərər vururlar” - Ekspertlərdən açıqlamalar
"Azərbaycan vətəndaşları orada hansısa çətinliklə üzləşəndə..." - XİN başçısı İranla bağlı sualı cavablandırdı
ABŞ səfirliyinin əməkdaşları Şəhidlər xiyabanıda - FOTO
Azərbaycan nefti 69 dollara satılır - Qiymət 1.6 dollar ucuzlaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər