Baş Prokurorluqdan tikilməkdə binalardan mənzil alanlara - Xəbərdarlıq
24-11-2023 [14:49]
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin 100-dən artıq vəzifəli şəxsi eyni mənzilin birdən çox şəxsə satılması, habelə tikinti layihələrinin tamamlanmaması halları ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edib.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, belə hallarla qarşılaşmış çoxsaylı vətəndaşların vurulmuş maddi ziyanın ödənilməsi istiqamətində də qanunvericiliyə uyğun olaraq mümkün həddə tədbirlər görülüb:
"Bununla belə, tikintisi davam etdirilən, istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil almaq niyyətində olan vətəndaşlarımız da ayıq-sayıq olmalı, mənzil alqı-satqısı ilə bağlı öz hüquq və öhdəliklərinə yaxından bələd olmalıdırlar.
Bu sahədə vətəndaş məlumatlılığının artırılması və qeyd edilən qanunsuz əməllərə məruz qalma risklərinin minimallaşdırılması məqsədi ilə aşağıdakıları tövsiyə edirik:
1. Media və sosial şəbəkələrdə araşdırma aparmaqla tikinti şirkəti haqqında formalaşmış ictimai rəyi, reputasiyanı öyrənmək.
2. Alqı-satqı prosesi zamanı peşəkar hüquqşünas xidmətindən istifadə etmək.
3. Mənzil almazdan əvvəl müvafiq sorğularla yaşayış binasının tikintisinə müvafiq icra hakimiyyəti, yəni əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən icazə verilib-verilmədiyini, tikinti aparmasına icazə verilən şirkətlə faktiki tikintini icra edən şirkətin eyni olub-olmamasını dəqiqləşdirmək (təcrübədə tikintini icra edən podratçı şirkətin icazəsi olmadan qanunsuz mənzil satışını həyata keçirməsi hallarına rast gəlinib).
4. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsində yerləşən Tikintilərin Dövlət Reyestri bölməsində yaşayış binasının tikintisinə icazə verilib-verilmədiyini yoxlamaq.
5. Mənzil alınmadan öncə Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) “Çoxmərtəbəli yaşayış binasında mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarış sənədi olan mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” bölməsinə daxil olmaqla, çoxmərtəbəli yaşayış binasının yerləşdiyi küçəni və aid olduğu tikinti şirkətinin (MTK) adını qeyd edərək həmin bina üzrə mənzillərin dövlət reyestrindən çıxarışının mövcudluğu barədə məlumatı əldə etmək".
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib