Zaqatalada qızılça xəstəliyi... - TƏBİB məlumat yaydı

img

20-11-2023 [13:09]


"Hazırda Zaqatala Rayon Mərkəzi Xəstəxanasında qızılcaya yoluxmuş 8 nəfərin stasionar müalicəsi davam etdirilir".

Mia.az xəbər verir  ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən 7-si böyük, 1-i uşaqdır: “Hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir”.

Xatırladaq ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub. Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA