"Space" kanalı məhkəmədə aparıcıya uduzdu: "İşə bərpa olunmalı, əmək haqqım ödənilməli və..."

img

17-11-2023 [00:05]


"Dostlar, bu dəfə də qalibəm! Bu gün Yasamal rayon məhkəməsində Vado Karovinə ("Space"nin rəhbəri -  Mia.az) qarşı iddia tələbim təmin edildi".

Mia.az xəbər verir ki, bu sözləri sosial media səhifəsində tanınmış aparıcı Zamirə Dadaşova yazıb.

Onun sözlərinə görə, məhkəmənin qərarı ilə "Space"də işinə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əmək haqqı ödəniməli və vəkilə ödədiyi rüsum da cavabdehdən tutulmalıdır: "Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki… Gördükcə şoka düşürəm".

Xatırladaq ki, Z.Dadaşova bu ilin aprelində telekanaldan qanunsuz olaraq uzaqlaşdırılıb. O, kanalda “Açıq söhbət” verilişinin aparcısı olub.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA