BAKIDA DAHA BİR SENSASİON HADİSƏ: zorlama, şantaj, gizli video və qətl...
12-10-2023 [17:49]
“Mənə qızımla cinsi əlaqədə olduğu dedi. Heç soruşmamışdım. Hətta video çəkilişlər etdiyini də etiraf etdi”.
Bu sözləri qızının sevdiyi oğlanı iplə boğub öldürməkdə şübhəli bilinən Babək Quliyev məhkəmə qarşısında deyib.
Qısa xatırlatma:
Hadisə ötən ilin sentyabrın 6-sı Sabunçu polis idarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olan müraciətdən sonra araşdırılıb.
Aparılmış istintaqdan sonra 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədi ilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsi, daha sonra iplə boğaraq öldürməsi əsaslı şübhələrlə müəyyən edilib. İlkin araşdırmada məlum olub ki, Hüseynağa Babək Quliyevin qızı G.Q-lə (red: ad şərti verilir) sevgi və cinsi münasibətdə olub.
Babək Quliyevə tutulub və ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb.
Cinayət işinə baxış Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilib.
Lent.az hadisə ilə bağlı istintaq materiallarını əldə edib.
Təqsirləndirilən şəxs Babək Quliyev ötən ilin avqustun 24-də həyətdən səs gəldiyini deyib:
“Həyətdəki səsə çölə çıxdım. Darvazadan kiminsə tullandığını gördüm. Elə bildim oğrudur. Qaçıb tutdum, həyətə gətirib 1-2 şillə vurdum. Şillədən sonra adının Hüseynağa olduğunu, qızımı sevdiyini dedi. Bir az duruxdum. Sonra onların yaşlarının balaca olduğunu, dərsləri ilə maraqlanmaqlarını tapşırıb yola saldım.
Səhəri gün qızım mənə dedi ki, Hüseynağa onu biabır eləməklə hədələyib. Buna əsəbiləşib qızıma şillə vurub, telefonunu əlindən aldım. Elə həmin günün axşamı Hüseynağa ilə söhbət etməyə getdim. Onunla danışıb, evlilik düşünməyinin hələ düzgün olmadığını başa saldım. Sonra maşınımla onu aparıb evlərinin qarşısında düşürtdüm”.
İlk dəfə Hüseynağanı evinin həyətində tutduğu günün səhəri Babək Quliyev yoldaşına başına belə bir işin gəldiyini danışıb. Arvadı ona Hüseynağanı hələ iki ay əvvəl – iyun ayında evlərinin həyətində tutduğunu və ona bura gəlməyi qadağan etdiyini deyib. Babək Quliyev arvadının dediklərindən sonra başa düşüb ki, qızı Günay da həmin oğlanla danışır.
Bu hadisələrdən sonra Hüseynağa xəbərdarlıqlara məhəl qoymur. Belə ki, Babək Quliyev ifadəsində Hüseynağanın gəlib qızına telefon verdiyini, onunla danışmasa, biabır edəcəyi ilə hədələdiyini açıqlayıb:
“Avqustun 28-i atam rəhmətə getdi. Başımız yas mərasimlərinə qarışdı. Bir müddət sonra qızım G.Q gəlib dedi ki, Hüseynağa evlərinin pəncərəsinə gətirib telefon qoyub. Deyib ki, onunla danışmasa biabır edəcək. Yenə əsəblərimi cilovlayıb, zəng elədim Hüseynağaya onu özünə yığışsın deyə tənbeh etdim”.
Günlərin bir günü qonşusu Babək Quliyevə onların evindən tanımadığı bir oğlanın çıxdığını xəbər verir. Təsadüf elə gətirir ki, Babək bir axşam saat 11-də evə gələndə oradan çıxan həmin oğlanla – Hüseynağa ilə həyətdə qarşılaşır:
“Qonşum evdən bir oğlanın çıxdığını dedi. Bildim ki, Hüseynağadı. Yenə zəng edib tənbehlədim. Bir gün oğlumun idman paltarı Bilgəhdəki evdə qaldığı üçün axşam saat 11 olardı getdim oradakı evə. Hüseynağanın həyətdən çıxdığını gördüm, onla qarşılaşdım. Bu hadisə sentyabrın 6-sı, elə hadisə baş verən gün olub.
Onu tutub qaraja apardım. Elədiyim tənbehlərin heç bir faydasının olmadığını gördüyüm üçün onu qorxutmaq istədim. Əl-qolunu bağlayıb maşına atdım. Dəniz kənarına apardım”.
Hüseynağa yolda Babəkə qızını ona məcbur da olsa verməli olduğunu deyib. Dəniz kənarına çatdıqdan sonra əl-qolu açılan Hüseynağa buna səbəb olaraq qızı ilə dəfələrlə cinsi əlaqədə olduğunu, həmin anları videoya çəkdiyini deyib:
“Ora çatanda əl-qolunu açdım. Hüseynağa başladığı danışmağa. Mənə qızımla dəfələrlə cinsi əlaqədə olduğunu, həmin anları videoya çəkdiyini və telefonunda saxladığını dedi. Heç mən ondan bu barədə soruşmadım. Bunları bildikdən sonra artıq dözə bilmədim. Maşında olan iplə onu boğdum. Öldükdən sonra maşında saxlayıb, meyitini isə Qaradağ rayonunda basdırdım”.
Hadisədən sonra arvadını evə aparmaq üçün gedən Babək Quliyev ona baqajda Hüseynağanın meyiti olduğunu bildirməyib.
Cinayət əməlinə görə özünü qismən təqsirli bilən Babək Quliyev törətdiyi əməldən peşmandır. O, Hüseynağanı öldürmək fikri olmadığını deyib. Meyiti isə tutulacağından qorxduğu üçün gizlədib.
İstintaq materiallarında göstərilib ki, Hüseynağanın G.Q ilə hadisədən bir neçə ay öncədən münasibətləri başlayıb. Son aylarda isə intim əlaqələri olub. Hüseynağa qızın evinə gəlib, bəzən həyətdə, bəzən isə evlərinin içərisində onunla cinsi əlaqədə olub.
Zərərçəkmişin hüquqi varisi olan qardaşı ifadəsində göstərib ki, G.Q. Hüseynağa ilə könüllü şəkildə cinsi əlaqədə olub:
“Bir gün qardaşım üstü başı toz olmuş və döyülmüş vəziyyətdə evə gəldi. Nə olduğunu soruşanda sevdiyi qızın atası tərəfindən döyüldüyünü dedi. Hamımız tanıyırdıq onun sevdiyi qızı. Qardaşıma bir də o qızla danışmamasını tapşırdım. Hadisə günü Hüseynağaya zəng elədim açmadı. Telefonu sönülü idi. Polisə şikayət etdikdən sonra öyrəndim ki, qızın atası onu öldürüb.
Qardaşımın heç bir günahı yox idi. Qız öz istəyi ilə bizə gəlib-gedirdi. Cinsi əlaqədə də öz istəyi ilə olub. Anam dəfələrlə qıza bizə gəlməməsi üçün xəbərdarlıq eləmişdi”.
Hüquqi varis qardaşını öldürməkdə təqsirləndirilən Babək Quliyevə ömürlük həbs cəzasının verilməsini istəyib.
Hüseynağanın anası məhkəmə ifadəsində qeyd edib ki, oğlu ötən ilin may ayından həmin qızla danışır və qız dəfələrlə onların evlərinə gələrək Hüseynağanın otağına girib:
“Oğlum o qızı istədiyini mənə dedi. 2022-ci ilin mayından bəri danışırdılar. Bir gün qızı bizim evə gətirib mənimlə tanış elədi. Bir müddət sonra Hüseynağa ilə qız yenə bizə gəldi. Onlar Hüseynağanın otağına keçib qapını bağladılar. Bu hərəkət mənə heç xoş gəlmədiyi üçün oğlumu bir də o qızla münasibət qurmasın deyə tənbeh etdim. Amma oğlum deyirdi ki, hərbi xidmətə getməmişdən qabaq o qızla nişanlanacaq. Qayıtdıqdan sonra isə evlənəcək”.
Bütün hadisələrin üzərində cərəyan elədiyi G.Q ifadə verib. Onun sözlərinə görə, Hüseynağa ilə “İnstagram” sosial şəbəkəsində tanış olub:
“2022-ci ilin fevral ayında Hüseynağa mənə instaqramda yazdı. Xoşu gəldiyini, mənimlə danışmaq istədiyini dedi. Mən də razı oldum. Beləliklə münasibətimiz fevral ayında başladı. Mart ayına qədər danışdıqdan sonra görüşdük. Hazırlığa gedəndə Hüseynağa gəldi və biz də elə görüşdük. Münasibətimiz bir müddət belə davam etdi.
Aprel ayında Hüseynağa Bilgəhdəki evimizə gəldi. Mənimlə zorla cinsi əlaqədə oldu. Bir neçə ay sonra atam bundan xəbər tutdu. Məni vurub, telefonumu əlimdən aldı. Sonra Hüseynağa ilə görüşüb onu vurdu ki, mənimlə görüşməsin. Hüseynağa mənə instaqramda üzünün şəkillərini atdı. Onun üzündə atamın şillə vurduğu izlər qalmışdı. Bilgəhdə bizlə birlikdə qalan bibim münasibətimizi bilirdi. Mənə dedi ki, artıq qonşular Hüseynağanı bilir və ailəmiz gözdən düşüb. Amma yenə də münasibətimiz davam etdi.
Sentyabrın 6-sı atamla anam evdən çıxıb Qara Qarayevdəki evimizə getdilər. Mən bibimlə qaldım. Ondan Hüseynağanı evə dəvət etməsini xahiş etdim. Bibim Hüseynağaya zəng edib bizə çağırdı. O, gəldikdən sonra oturub söhbət etdik. Cinsi əlaqədə olduq”.
Qız Hüseynağanın onu zorla cinsi əlaqədə olduğunu etiraf edib:
“Mən onunla könüllü münasibət qurmamışam. O, nə edibsə, zorla edib. Hüseynağa məni məcbur edib”.
Şahid qismində ifadə verən bibi Hüseynağa ilə qızın cinsi əlaqəsindən xəbərsiz olduğunu deyib:
“Mənim bundan heç bir xəbərim yoxdur. Onlara cinsi əlaqə üçün heç bir şərait yaratmamışam. Hadisə olan gün Hüseynağanı evə mən yox, Günay çağırdı. Oğlanı dəhlizdə gördüm. Məcbur olub evə çağırdım. Qızla oğlanın söhbəti 10-15 dəqiqə çəkdi. Hüseynağa evdən gedəndən sonra qapını bağladım. Babəki isə görmədim”.
Babək Quliyev Cinayət Məcəlləsinin 120.2.9 və 145.2.3-cü maddələri ilə ittiham edilib. Məhkəmənin qərarına əsasən, 18 il azadlıqdan məhrum edilib.
O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Dövlət qulluğuna qəbul proqramına dəyişiklik olunub
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Regional Mədəniyyət İdarəsinə rəis əvəzi təyin olunub
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
Təxribatda ittiham olunan şərhçi sərbəst buraxıldı - Jurnalistlərin sualına cavabda geri çəkilmədi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sahibkarlıq sahəsində aparılan yoxlamalar... - Qadağa uzadıldı
YAP SƏDRİNİN MÜAVİNİ İCRA BAŞÇISI TƏYİN EDİLDİ - Sərəncam
Milyarderin belaruslu sevgilisinə miras buraxdığı sərvət: 100 milyon dollar nağd pul, malikənə, evlər və...
Lavrov: "Kürd məsələsini asan həll etmək mümkün deyil"
Rusiya XİN başçısı: "İranın gələcəyi ilə bağlı narahatıq"
Gözətçini döyə-döyə öldürən və daha sonra... - Klinika sahibinin oğu haqda hökm dəyişdi
Məşhur şərhçiyə cinayət işi açıldı - Bu sözünə görə
ABŞ-ın vitse-prezidenti Bakı və İrəvana niyə gəlir? - TƏHLİL
Yeni Baş nazir kollektivə təqdim edilib - Prezidentin səlahiyyətli nümayəndəsi tətrfindən
Azərbaycan millisi yoxlama oyununu keçirib
Nazir onu rəis müavini təyin etdi
Tacikistan prezidenti İlham Əliyevə məktub göndərib - MƏTN
Qarşıdakı iki günün havası ilə bağlı - Xəbərdarlıq
O, həm deputatdır, həm rektor... - Qanun nə deyir?
Kürün sahilini zəbt edən villa: o kimindir? - FOTO
Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifəsi var - DİN vakant yerlərə işçi axtarır
İstefa verən bələdiyyə sədri partiya liderindən şikayət edib
İcra başçısı vəzifədən azad edildi - Sərəncam
İki həkim həbs edildi - Məhkəmə zalında
Siyavuş Novruzov: "Bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsü..."
Women in Tech: Azərbaycanlı qadınlar IT sahəsində stereotipləri necə dağıdır? - TƏHLİL
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
Bakıda türk biznesmenə niyə hücum olub? - VİDEO + AÇIQLAMA
General-mayora ağır itki üz verib
XİDMƏTİN SƏDR ƏVƏZİ 28 YAŞLI QAYNINA YÜKSƏK VƏZİFƏ VERDİ - FOTO
"Qarşıdan gələn iki bayramda əfv olmayacaq” - Novella Cəfəroğlu
Prezident Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri qəbul edib - MÜZAKİRƏ + FOTO
Bakıda qar yağacaq - Sabahın hava proqnozu
Zəngəzur–Naxçıvan xətti: imperiya sərhədlərinin sonu - TƏHLİL
Trampın azad olunmasını istədyi media maqnatına 20 il cəza verildi
Rektorun oğlu vəzifədən azad olunub
Fransada hakim və anası qaçırılıb - Həbslər var
Mal əti adı altında satışa çıxarılan at əti... - Açıqlama + FOTO
“Böyük Seva”nın vəziyyəti açıqlandı: "Hazırda müalicəsi palata şəraitində davam etdirilir"
Jurnalistlər nəyi yaya, nəyi yaymamalıdır? - Ali Məhkəmə şəxsi və ailə həyatı baradə vahid qərar verdi
Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi... - Saxta elanlarla bağlı xəbərdarlıq
AMXM-da macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq