Mingəçevirdə gecəyarısı silahlı insident: 51 yaşlı şəxs güllələndi

img

04-10-2023 [11:25]


Oktyabrın 4-ü gecə saatlarında Mingəçevir şəhər sakini, 1972-ci il təvəllüdlü Məhərrəmov Mübariz Məhərrəm oğlunun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı M.Məhərrəmova ov tüfəngindən atəş açaraq xəsarət yetirməkdə şübhəli bilinən şəxsin zərərçəkmişin qonşusu, 1984-cü il təvəllüdlü Mehnətov Pərvin Qurbanəli oğlu olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə P.Mehnətov şübhəli şəxs qismində saxlanılıb və ondan cinayətdə istifadə etdiyi odlu silah götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA