Bakıda gecə klubunda 28 yaşlı qadın bıçaqlanıb

img

03-10-2023 [14:09]


Daxili İşlər Nazirliyi Bakıda gecə klubunda baş verən hadisə ilə bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev APA-ya bildirib ki, hadisə ilə bağlı Nizami RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalar davam etdirilir.

***

Bakıda gecə klubunda bıçaqlanma hadisəsi baş verib.

Mia.az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayon ərazisində yerləşən “Palermo” gecə klubunda baş verib.

Əvvəllər məhkum edilmiş, 2000-ci il təvəllüdlü Cavanşir Əliyev klubda 1995-ci il təvəllüdlü Zümrüd Əsgərovanı bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA