Xırdalanda 61 yaşlı kişi 56 yaşlı arvadını güllələdi, daha sonra isə...

img

02-10-2023 [15:22]


Xırdalanda kişi arvadını odlu silahla qətlə yetirib, daha sonra intihar edib.

Mia.az Daxili İşlər Nazirliyinə istinadıa xəbər verir ki, oktyabrın 2-də saat 14 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisindəki evlərin birində 1962-ci il təvəllüdlü Xəlifə Sərkərovun odlu silahdan atəş açaraq arvadı 1967-ci il təvəllüdlü Gülnarə Sərkərovanı öldürməsi və daha sonra həmin silahla intihar etməsi barədə polisə məlumat daxil olub.

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq