Qadın yazıçı keçmiş ərinin boğazını kəsdi - Uşaqlarının gözü qarşısında 

img

29-09-2023 [15:07]


İstanbulda ədəbi tənqidçi və yazıçı Funda Demir 2 il əvvəl boşandığı əri Mustafa Çaparı uşaqlarının gözü qarşısında öldürüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, cütlük boşansa da, tez-tez bir araya gəlirmişlər.

Məlumata görə, ötən gecə saat 00.45-də onlar Funda Demirin yaşadğı Beşiktaşdakı evdə mübahisə ediblər.

Bu zaman 47 yaşlı yazıçı 3 uşağının gözləri qarşısında bıçaqla onun boyun nahiyəsinə zərbələr endirib: "Keçmiş əri, maliyyə müşaviri Mustafa Çapar aldığı zərbələrdən elə yerindəcə ölüb. Hadisədən sonra saxlanılan yazıçı barədə həbs qətimkan tədbiri seçilib".

İstintaqla müəyyən edilib ki, cütlük 22 il evli olublar, onlar tez-tez 19, 15 və 7 yaşlarında olan övladlarının problemləri ilə bağlı görüşüblər. 

Xəbərdə o deyilir ki, Funda Dəmir əsasən psixoloji mövzular üzrə yazılarla çıxış edirmiş..

Firudun

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq