Türkiyə Təhlükəsizlik Şurasının iclası başlayıb, Azərbaycanın antiterror tədbirləri müzakirə olunur

img

28-09-2023 [17:22]


Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb.

Toplantı Beştepedəki iqamətgahda keçirilir.

İclasda Azərbaycan Ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərinin nəticəsi və regional proseslər müzakirə olunur.

Bundan başqa, İraq və Suriyadakı mövcud vəziyyət, həmçinin “Taxıl sazişi”nin perspektivi barədə də fikir mübadiləsi aparılır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR