Elşad Hacıyev: "Azərbaycanda ictimai-siyasi sabitlik ciddi şəkildə mühafizə olunur"

img

20-09-2023 [10:38]


"Azərbaycanda ictimai-siyasi sabitlik, təhlükəsizlik ciddi şəkildə mühafizə olunur".

Mia.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, əraziyə cəlb olunan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür: "Ölkə ərazisində ictimai-siyasi sabitlik, təhlükəsizlik ciddi şəkildə mühafizə olunur. Bu günə olan məlumata görə, hər hansı hüquqazidd, cəmiyyəti narahat edən, çaşqınlıq yaradan siqnal daxil olmayıb. Vətəndaşların mühafizəsi, təhlükəsizliyi tam təmin olunur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA