Mətbuat katibi: "Bölgədə sabitliyin əsas şərti..."
14-09-2023 [10:51]
"Ötən ilin sentyabr ayında, eləcə də 2021-ci ilin may və noyabr aylarında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı törədilmiş növbəti təxribatlara cavab olaraq ölkəmizin gördüyü tədbirlərin nəticələrini Ermənistan ərazilərinin işğalı kimi təqdim edilməsi Ermənistan tərəfinin siyasi avantürasının tərkib hissəsidir".
Mia.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Xarici İşlər Nazirliyinin sentyabrın 13-də yaydığı bəyanata dair şərhində bildirib.
O qeyd edib ki, Azərbaycanın suveren torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlayan, 2020-ci il Vətən müharibəsinin nəticələrinə baxmayaraq, Azərbaycana məxsus 8 kəndi Azərbaycana təhvil verməyən, üçtərəfli bəyanata zidd olaraq, erməni silahlı qüvvələrini Azərbaycan ərazilərindən hələ də çıxarmayan, davamlı hərbi təxribatlar törədən Ermənistanın Azərbaycanı işğalda təqsirləndirməsi saxtakarlıq nümunəsi olmaqla yanaşı, reallıqların təhrif edilməsidir: "Müharibə və hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüququn pozuntularını müvafiq olaraq araşdıran, bu kimi halların törədilməsində şübhəli bilinən şəxslərlə bağlı istintaq aparan Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi Xocalı soyqırımı daxil, azərbaycanlılara qarşı insanlıq əleyhinə törətdiyi cinayətlərdən fəxrlə danışması hər kəsə məlumdur".
A.Hacızadə bildirib ki, Azərbaycanın Qarabağ bölgəsinə istinadlarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü şübhə altına alan Ermənistan tərəfinin bölgədə qüvvə toplamasını ört-basdır etməsi və hər an törədə biləcəyi təxribat səylərindən fikir yayındırmaq cəhdləri ciddi təhdid mənbəyidir: "Bölgədə sülh və sabitliyin əsas şərti Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı sözdə və əməldə iddialardan əl çəkməsi, bütün erməni silahlı qüvvələrini ərazilərimizdən çıxarması, revanşist siyasətə və əməllərə son qoymaqdır".
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar
"ABŞ İranın Hörmüz boğazını bağlamaq qərarındakı qətiyyətini belə gözləmirdi" - "Tehran bu qəraı ilə Amerika və bölgə ölkələrini çaşdırıb"
Türkiyə gəmilərindən biri Hörmüz boğazından buraxıldı: "İrandan icazə aldıq və..." - "Zəngəzur dəhlizi bizi Uzaq Şərqə qədər çıxaracaq"
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir - FOTOLAR
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
Sabah hava necə olacaq? - Proqnoz
May ayında neçə gün rəsmi iş olmayacaq? - Dəyişiklik
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
Əli Əsədov MM-də quru sərhədlərindən danışdı: "Son hadisələr bu qərarın nə qədər əsaslı olduğunu göstərir"
Xətaidə qaydanı pozan “Ferrari” duracağa yerləşdiridi - VİDEO
64 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib
Vəkil Raul Ramazanov kollegiyadan çıxarıldı
Tramp: "İranla bağlı proses çox sürətlə irəliləyir"
Lənkəran İcra Hakimiyyətində 49 vəzifə ləğv edilib
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
İraqda hərbi bazaya dron hücumu: fransız əsgəri həlak oldu - Makron sərt bəyanat verdi
Ceyhun Bayramovla Pakistan XİN başçısı telefonda müzakirə aparıb