Azərbaycan üçün PİS VARİANT: 2025-ci ildə Rusiya “sülhməramlıları”... - SENSASİON ŞƏRH
13-09-2023 [17:08]
Avropa İttifaqı iki ayağını bir başmağa dirəyib ki, Laçın dəhlizi açılmalıdır.
Hə, orasını da deyirlər ki, Ağdam-Xankəndi və digər yollar da istifadə oluna bilər. Ancaq əsas Laçın dəhlizidir. Bu dəhliz mütləq və mütləq açılmalıdır. Eyni şeyi Fransa da deyir, Ermənistan da, ABŞ da, Rusiya da. Belə bir fonda az qala bütün dünyanın dəstəyini alan Qarabağ erməniləri digər yolların açılmasına heç bir maraq göstərmirlər.
Əksinə, var gücləri ilə buna müqavimət göstərirlər. Bu da təbiidir. Erməniyanlar erməniləri ruhlandırıb Azərbaycana qarşı müqavimətə təhrik edirlər. Separatizmə dəstək verirlər. Bunun başqa adı ola bilməz.
Laçın dəhlizinin açılması Azərbaycan üçün nə deməkdir?
- Azərbaycan dövlətinin bir ovuc separatçı qarşısında biabırçı şəkildə məğlubiyyəti deməkdir.
- Azərbaycanın Ermənistana, dünya ermənilərinə və onların havadarlarına uduzması deməkdir.
- Azərbaycanın Qarabağda Ermənistana məxsus 10 minlik hərbi birləşmənin qalmasına, onların daha yüksək səviyyədə silahlanmasına, daha yaxşı təchiz olunmasına boyun əyməsi deməkdir.
- Azərbaycanın separatçı rejimlə beynəlxalq formatda danışıqlar ararmağa məcbur olması deməkdir. Bu həm də danışıqların on illər ərzində uzadılması, erməni separatizminin yenidən canlanması üçün fürsət tanınması deməkdir. Zatən biz bunu ATƏT-ın Minsk qrupunu uzun-uzadı danışıqları zamanı görmüşük. Aydındır ki, beynəlxalq formatda ermənilər ən azı Azərbaycanda muxtariyyət hüququ qazanacaqlar. Hələ bir az da dirəşsələr müstəqil dövlət də ola bilərlər. Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında dedi: “Biz Qarabağ, Kəlbəcər və Laçın rayonlarının Ermənistanın yurisdiksiyasında qalması ilə bağlı nizamlanma variantını təklif etdik”. Düşünün ki, ermənilər bu təklifi belə o vaxt rədd ediblər. Mahiyyətdə maksimalist olan ermənilərin iddiaları indi də böyükdür...
- 2025-ci ildə Rusiya “sülhməramlıları”nın Azərbaycanda daha 5 il qalması və ya onların Qərbə bağlı hərbi kontingentlə əvəz olunması. Bu, Azərbaycan üçün daha pis variantdır.
- Zəngəzur dəhlizinin açılmaması deməkdir.
- Azərbaycanda yaşayan digər etnik qruplar arasında da separatizmə marağın artması deməkdir.
- Azərbaycan ərazisində “boz zona” var, yəni Azərbaycanda Azərbaycanın nəzarətindən kənarda qalan ərazilər var. Yəni Azərbaycan Respublikasının sərhəd-nəzarət və sərhəd təhlükəsizliyi ilə əlaqədar olan müvafiq qanunları, həmçinin gömrük rejimi qaydaları həmin ərazidə keçərli deyil.
- Azərbaycanın ərazi bütövlüyünün yenidən şübhə altına alınması.
- O taylı, bu taylı Azərbaycanın birləşməsinə ciddi maneə deməkdir.
- Türk Dünyasının Turan sevdasına qovuşmasının qarşısına baryer qoymaq deməkdir...
Rusiyanın mövqeyi bəllidir: Rəsmi Moskva Qarabağ probleminin konservləşməsində maraqlıdır. Ruslar bunu heç gizlətmir də. Çünki bu, ona həm Ermənistana, həm də Azərbaycana təzyiq rıçaqı verir. Üstəlik, Rusiya hərbçiləri Qarabağda qeyri-müəyyən müddətə qədər qalmaq imkanı qazanır.
Bəs Avropa İttifaqı və ABŞ nədən Azərbaycana bu qədər problemlər vəd edən Laçın dəhlizinin açılmasında təkid edir?
Səbəb eynidir. Rusiyaya Qarabağ erməniləri ona görə lazımdır ki, Ermənistan və Azərbaycana təzyiq mexanizmi əldə etsin. Avropa İttifaqı və ABŞ da Qarabağ ermənilərindən eyni məqsədlə istifadə etmək arzusundadır. Yəni tərəflər problemin həllində yox, məsələnin uzanmasında maraqlıdır. Çünki məsələnin uzanması onlara hakim roluna çıxış etmək imkanı qazandırır.
Azərbaycan heç bir halda Laçın yolunun dəhliz statusunda açılmasına imkan verməməlidir. Laçın ancaq və ancaq Azərbaycanın tam nəzarətində olan bir yol kimi açıla bilər.
Ən maraqlısı odur ki, ABŞ, Avropa İttifaqı, Rusiya, Fransa, Ermənistan... Laçın yolunun məhz üçtərəfli anlaşma əsasında açılmalı olduğunu arqument kimi ortaya qoyur. 10 noyabr 2020-ci ildə əldə olunmuş üçtərəfli bəyanata əsasən, Azərbaycanın əsas hissəsini Ermənistandan keçərək Naxçıvanla birləşdirən yol maneəsiz (yəni dəhliz statusunda) fəaliyyət göstərməlidir. Göstərirmi? Göstərmir. Ermənistan Zəngəzur dəhlizi ifadəsini belə eşitmək istəmir.
İkinci və ən önəmli məqam, bəyanata əsasən, Rusiya sülhməramlıları Qarabağa daxil olan kimi, yəni dərhal erməni silahlı birləşmələri ərazini tərk etməli idi. Edibmi? Etməyib.
Bu iki məsələ Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir. ABŞ, Avropa İttifaqı, Rusiya, Fransa, Ermənistan...isə bu məsələ haqqında heç danışmır da. Onlara üçtərəfli bəyanat yalnız Laçının dəhliz statusunda fəaliyyət göstərməlidir hissəsi maraqlıdır. Sanki üçtərəfli bəyanatın Azərbaycan üçün xüsusi önəm daşıyan digər maddələri heç mövcud da deyil.
Başqa önəmli məqamlar da var. Qazax rayonu 7 kəndi Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, və Xeyrimli kəndləri hələ də Ermənistanın işğalı altındadır. Eləcə də Naxçıvanın Kərki kəndi düşmənin əlindədir. Üçtərəfli bəyanatın ilk variantında bu məsələ də qeyd olunmuşdu. Sonra Nikol Paşinyanın iqtidardan qovulma ehtimalını azaltmaq üçün Azərbaycanın razılığı ilə bəyanatdan bu hissə çıxarıldı. Təbii ki, Paşinyanın yalvar-yaxarından sonra. 44 günlük müharibədən xeyli vaxt keçib. Ermənistan hələ də adıçəkilən kəndləri qaytarmayıb. Xatırladım ki, Ermənistanı Gürcüstana birləşdirən qədim adı Dəryal olan Hərbi Gürcüstan yolu-Lars Qazax rayonunun işğal altında olan kəndlərindən keçir. Yəni Azərbaycan bu kəndləri geri almaqla strateji xarakterli Ermənistan-Gürcüstan yolunu da nəzarət altına götürmüş olur.
İşğalla bağlı daha bir önəmli məqam var. Nəsə, son vaxtlar bu məslə gündəmdən çıxıb.
Yadınızdadırsa, Azərbaycan tərəfi Ermənistandan 50 milyard dollarlıq təzminat istəyirdi. Düşünürəm ki, Azərbaycan yenidən bu məsələni gündəmə gətirməlidir. Ermənistan işğalı altında olan Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti həyata keçirib, şəhər və kəndləri bütün infrastrukturları ilə birlikdə xaraba qoyub. Əbəs yerə Ağdamı Qafqazın Xorasiması adlnadırmırdılar. 126 min insanın yaşadığı Qarabağın ən böyük rayonunu erməni faşizmi yer üzündən silmişdi. Şükür ki, Ağdam digər işğaldan azad olunmuş ərazilər kimi indi yenidən tikilir.
Azərbaycan Ermənistandan 8 kəndi geri tələb etməlidir. Beynəlxalq səviyyədə təzminat davası açmalıdır. Qarabağdakı erməni terrorçularına tərk-silah olunmaq üçün konkret vaxt verilməlidir. Müddət başa çatdıqdan sonra isə Qarabağ ermənilərinin terrorçu hərbi birləşmələrinə, onların hərbi obyektlərinə dəqiq zərbələr endirmək lazımdır. Qarabağda heç bir halda əlisilahlı erməni qalmamalıdır. Terrorçuları zərərsizləşdirmək Azərbaycanın legitim haqqıdır.
Azərbaycanın geriyə çəkilməyə yeri yoxdur. Bunu dost da bilməlidir, düşmən də. Azərbaycan inadla öz hədəfinə doğru addımlamalıdır. Hər hansı bir tərəddüd düşmənə şans tanımaq deməkdir. 44 günlük müharibədən möhtəşəm Zəfərlə çıxan Azərbaycan diplomatiya müstəvisində də Zəfər yürüşünü davam etdirməlidir.
Elbəyi Həsənli,
MİA.AZ
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar
"ABŞ İranın Hörmüz boğazını bağlamaq qərarındakı qətiyyətini belə gözləmirdi" - "Tehran bu qəraı ilə Amerika və bölgə ölkələrini çaşdırıb"
Türkiyə gəmilərindən biri Hörmüz boğazından buraxıldı: "İrandan icazə aldıq və..." - "Zəngəzur dəhlizi bizi Uzaq Şərqə qədər çıxaracaq"
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir - FOTOLAR
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
Sabah hava necə olacaq? - Proqnoz
May ayında neçə gün rəsmi iş olmayacaq? - Dəyişiklik
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
Əli Əsədov MM-də quru sərhədlərindən danışdı: "Son hadisələr bu qərarın nə qədər əsaslı olduğunu göstərir"
Xətaidə qaydanı pozan “Ferrari” duracağa yerləşdiridi - VİDEO
64 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib
Vəkil Raul Ramazanov kollegiyadan çıxarıldı
Tramp: "İranla bağlı proses çox sürətlə irəliləyir"
Lənkəran İcra Hakimiyyətində 49 vəzifə ləğv edilib
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
İraqda hərbi bazaya dron hücumu: fransız əsgəri həlak oldu - Makron sərt bəyanat verdi
Ceyhun Bayramovla Pakistan XİN başçısı telefonda müzakirə aparıb