Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub

img

12-09-2023 [18:01]


Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub.

Mia.az APA-ya istinadla xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva adı çəkilən məhkəməyə ezam edilib.

Bunun Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin iş yükünün çox olması səbəbindən baş verdiyi bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar edib. Onun icraatında olan cinayət işləri üzrə məhkəmə prosesləri təxirə düşüb. Həmin işlərin Aytən Əliyevanın icraatına veriləcəyi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA