Departament: "Qarabağdakı qondarma seçkiləri tanımırıq"

img

11-09-2023 [22:29]


ABŞ-nin Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni separatçilərın keçirdiyi “seçkilər”i tanımadığını açıqlayıb.

Bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib.

“Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq. Beləliklə, oradakı qondarma prezident seçkilərinin nəticələrini tanımırıq”, - sözçü qeyd edib.

Diplomat həmçinin Vaşinqtonun Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəklədiyini xatırladıb(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA