"Xalq qəzeti" "Azəriqaz"ı "yıxıb-sürüdü": "Eynidirsə, niyə əlavə pul xərclənir?" - "Ruslan Əliyev bütün müraciətlərə etinasız yanaşır..."
08-09-2023 [18:10]
Azərbaycanda kommunal ödənişlərin elektron hesablaşma vasitəsi ilə həyata keçirilməsi əhalidə böyük məmnunluq doğurur. Çünki bu sistemin tətbiqi istənilən mübahisələrin yaranmaması, eyni zamanda, vaxta qənaət edilməsi baxımından daha əlverişlidir. Elektron sayğaclarda qeydə alınan istehlak həcminə görə su, qaz və elektrik enerjisi ödənişlərinin həyata keçirilməsi sivil dünya təcrübəsinə də uyğundur.
Ancaq son illər daha müasir elektron qaz sayğaclarının mexaniki-elektron qaz sayğacları ilə əvəzlənməsi həyata keçirilir. Bununla bağlı müvafiq dövlət qurumları tərəfindən müəyyən açıqlamalar da verilir. Amma bir çox hallarda həmin dəyişdirmə prosesi sakinlərin xəbəri olmadan aparılır. Hətta bu proses o qədər gizli, xəlvəti aparılır ki, mənzil sahibi qaz sayğacının əvəzlənməsindən sonrakı günlərdə xəbər tutur. Bu, nə qədər doğru-düzgündür? Ümumiyyətlə, mənzil sahibinin icazəsi olmadan qaz sayğacının dəyişdirilməsi nə dərəcədə qanunidir?
Bundan başqa, sayğac əvəzlənir, amma mənzil sahibinə qazın sonrakı istehlakı barədə hər hansı bir məlumat verilmir. Axı heç də hamı mexaniki-elektron sayğaclar haqqında verilən məlumatları bilmir. Hələ bu, harasıdır? “Azəriqaz”ın işçiləri tərəfindən sayğac dəyişdirildikdən sonra qaz xətti bağlanır. Ev sahibinə istifadə qaydası ilə bağlı məlumat vermək, sayğac nömrəsini xatırlatmaq belə “unudulur”.
Necə deyərlər, əlimizin altında bütün bu qanunsuzluqları təsdiqləyən kifayət qədər faktlar var. Ölkə mediasında da “sayğacdəyişmə əməliyyatı” ilə əlaqədar çoxsaylı materiallar verilib. Bir neçə gün bundan əvvəl əməkdaşımızın rastlaşdığı fakt da bu özbaşınalığı təsdiqləyir. Belə ki, ailə “Azəriqaz” işçilərinin “oğurluq yolla” elektron sayğacı mexaniki sayğacla əvəzləmələrindən gec xəbər tutur və bəxtləri gətirir ki, bu əməliyyatın nəticəsi xatasız ötüşür. “Xatasız” ona görə deyirik ki, “oğru qazçılar” sayğacı dəyişdirərkən mənzildə qaz xətti işlək vəziyyətdə olmayıb. Əks halda “mavi yanacaq” verilişi dayanar, bir müddət sonra isə Allah göstərməsin, həmin mənzildə nələr olarmış...
…Sayğaclar dəyişdirilməyə başlandığı ilk vaxtlarda həmkarlarımızdan biri axşam işdən evə qayıdarkən darvazadan çöldə üç nəfərin üst-başlarını çırpıb yola düzəldiklərini görür. Həmin şəxslərin burada nə iş gördükləri ilə maraqlanır və məlum olur ki, onlar bir il-il yarım əvvəl quraşdırılan elektron sayğacı mexaniki sayğacla əvəzləyən “Azəriqaz”ın işçiləridir. “Bu işə başlamazdan əvvəl ev sahibi niyə xəbərdar edilməyib, razı olub-olmaması niyə öyrənilməyib? Qarşılıqlı şəkildə sənədləşdirilmə aparılması, köhnə smart sayğacların əvəzlənmədən əvvəl dəyişdirilməyə ehtiyacının olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə cihazın laborator yoxlamadan keçirilməsi niyə “unudulub”?
İndi bunları oxuyan “Azəriqaz” rəsmiləri belə qanunsuzluğa müxtəlif yollarla haqq qazandlrmağa, özlərini, təmsil etdikləri qurumu təmizə çıxarmağa çalışacaqlar. Ancaq fakt faktlığında qalır və bütün bunlar təkzibedilməz dəlil-sübutlardır. Hələ biz indiki halda–mexaniki sayğaclardan istifadə olunduğu şəraitdə bildiriş verilmədən, xəbərdarlıq edilmədən qaz verilişinin qəflətən plomblama aparılaraq kəsilməsinini demirik. Elektron sayğaclarda isə belə özbaşınalığa yol verilməsi mümkün deyildi.
Yeri gəlmişkən, bu məsələ ilə bağlı bir müəmma barədə də fikirlərimizi diqqətə çatdırmaq istərdik. Onu da deyək ki, indi xatırladacağımız məsələdə “Azəriqaz”ın əli olması iddiasında da deyilik. Belə ki, sayğac dəyiş-düyüşü ərəfəsində elektron sayğacların şüşələri, üst qapaqları naməlum şəxslər tərəfindən gizli şəkildə kütləvi halda sındırılırdı. Ev sahibi isə bu hadisədən heç cür xəbərdar ola bilməzdi. Həyətin çölündən–hasardan asılan sayğac korlanırsa vətəndaş nə etməlidir? Onun, sadəcə, qaz nəzarətçisinə məlumat verməkdən başqa yolu qalmır. Amma qəribədir ki, bu məsələdə abonent heç bir cavabdehlik daşımadığına baxmayaraq, qeyri-qanuni cəzalandırılır da…
Bu baxımdan, Gəncə şəhəri Cavad-xan küçəsi, ev 53, mənzil 33-də qeydiyyatda olan, lakin digər bir ünvanda yaşayan Azər Qurbanov adlı vətəndaşın Azad İstehlakçılar Birliyinə ünvanladığı məktub diqqət çəkir. A.Qurbanov qeyd edir ki, qaz sayğacının naməlum şəkildə sındırıldığı üçün Gəncə Qaz İstismar İdarəsi ona əvvəlcə sayğacın dəyişdirilməsinə görə 91 manat 21 (?) qəpik ödətdirib. Sonra isə sayğacı laboratoriyaya göndərərək, guya, cihaza müdaxilə olub, deyə 1555 manat cərimələyib. İstehlakçı ərizəsində bununla bağlı polisə, müfafiq qaz idarəsinə müraciət etdiyini bildirsə də, heç bir tədbir görülməyib. Bu isə, istehlakçı hüquqlarının pozulması, özbaşınalıq deməkdir. Onu da qeyd etmək lazımdır ki, Azər Qurbanov kimi istehlakçı hüququ pozulan başqa vətəndaşlar da var.
Bəs qaz sayğacı zədələndikdə kim tərəfindən təmir edilməlidir? “Qaz təchizatı haqqında” Qanunun 13.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə təmir istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda bunun hüquqi əsası göstərilməlidir. Əlavə edək ki, mənzillərdən, xüsusən də həyət evlərindən kənarda quraşdırılmış qaz, su və işıq sayğaclarına istehlakçının bütün hallarda nəzarət etmək imkanı yoxdur. Bəlkə, bunun üçün hərənin qapısının ağzında bir video-kamera quraşdırılmalıdır?
Bu yerdə “Azəriqaz” İstehsalat Birliyinin işçilərinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsini xatırlatmaq istərdik. İstehlakçıların hüquqlarının pozulmasına görə məsuliyyət adlanan həmin maddədə isə deyilir: Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Yeri gəlmişkən, media təmsilçiləri yuxarıda qeyd edilən faktları “Azəriqaz” İstehsalat Birliyinə çatdıranda qətiyyən razılaşmaq istəmir, israrla “bu ola bilməz, bu mümkün deyil” kimi sözlərlə günahlarını ört-basdır etməyə çalışırlar: “Dövlət yoxlanışı zamanı sayğaca əvvəlcə vizual baxış olur, daha sonra o, istehsalat birliyi tərəfindən götürülərək daxili qüsurları öyrənilir”. “Smart” sayğaclar dəyişdirilən zaman onun üzərində qalan məbləğ isə abonentin balansına köçürülür. Bu proses minimum 10, maksimum 1 ay müddətində ola bilər”. Əslində, bu cavab özünü sığortalamaqdan, təmizə çıxarmaqdan başqa bir şey deyil.
Fikir verin, “Azəriqaz” “smart” sayğacların mexaniki sayğacla əvəzlənməsini belə bir arqumentlə əsaslandırır: “Bu əvəzlənmə prosesi istehsalat birliyi üçün sərfəlidir. Çünki mexaniki sayğacların qiyməti “smart”larla müqayisədə daha ucuzdur”. Əgər belədirsə, “bahalı” sayğacları kimlər və nə məqsədlə alıb quraşdırmışdılar? Əslində isə müasir texnologiya tətbiq edilməklə bir addım irəli atılıb, indi isə iki addım geri çəkilirlər.
“Azəriqaz”ın digər bir əsassız, inandırıcı olmayan arqumenti: “Hər iki sayğacın funksiyası eynidir və eyni işi görür. Hətta mexaniki sayğacların üstünlüyü də var ki, onlayn ödəniş mümkündür və daimi qaz verilişi var. “Smart” tipli sayğaclarda kartda olan vəsait bitdikdə qazın verilməsi dayandırılırsa, mexaniki sayğaclarda bildirişi aldıqdan 30 gün ərzində abonentin möhlət hüququ olur”.
Bu abzasdakı birinci cümləni dilə gətirən “Azəriqaz” əməkdaşı “Hər iki sayğacın funksiyası eynidir və eyni işi görür” söyləməklə nə demək istəyir? Eynidirsə, niyə dəyişdirilir, əlavə pul xərclənir?
Bir daha təkrar edirik, bu məsələlər ətrafında “baş sındırmaq”, fikrimizcə, bəlkə də ikinci dərəcəli məsələdir. Əsas narahatlıq doğuran cəhət smart sayğaclar mexaniki-elektron qaz sayğacları ilə əvəzlənərkən nəzərdə tutulan prosedurun pozulması-dəyişdirmə prosesinin hansı səbəbdənsə sakinlərdən xəbərsiz, gizli və xəlvəti aparılmasıdır.
Eyyub HÜSEYNOV,
Azad İstehlakçılar Birliyinin sədri
***
“Azəriqaz”dan şikayətlər həddindən artıq çoxdur. Onların məzmunu isə, əsasən, sayğaclarla bağlıdır. Belə ki, əksər istehlakçılar qeyd edirlər ki, “Azəriqaz”ın işçilərini onları sayğaca müdaxilədə ittiham edir, bununla bağlı yüksək məbləğdə cərimə olunduqlarını bildirirlər. Əvvəllər isə bu məzmunda şikayətlər “Azərişıq”dan olurdu. Belə hallarda mən həmişə Çarli Çaplinin bir filmini xatırladıram, orada əsərin qəhrəmanı gündüzlər şüşə salır, gecələr isə onu sındırır. İndi kimə lazımdırsa, sayğaca da o müdaxilə edir, şüşəsini qırıb dağıdır. Üstəlik, mövcud qanunvericiliyə, istehlakçılarla bağlanan müqavilənin şərtlərinə görə, mənzildən kənarda quraşdırılmış sayğaclara istehlakçı birmənalı olaraq cavabdeh deyil. Bizə gələn şikayətlərdə, hətta həyət evlərində belə, hasardan kənarda olan sayğaclara guya müdaxilə edilməsi ilə bağlı əsassız cərimələrin yazıldığından narahatlıq ifadə olunur. Bu, istehlakçı hüquqlarını müdafiə edən bir qurum kimi bizi də ciddi narahat edir. Düşünürəm ki, bu, birmənalı olaraq istehlakçı hüquqlarının pozulmasıdır.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev böyük bir quruma rəhbərlik edir. Onun rəhbərlik etdiyi qurumda bütün müraciətlərə etinasız yanaşılır, şikayətlərə laqeyd münasibət bəslənilir. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur. Düşünürəm ki, Ruslan Əliyev bu narazılıqları nəzərə almalı, şikayətlərə həssaslıqla yanaşmalıdır. İstehlakçının problemi ilə dərindən maraqlanmalıdır.
O ki qaldı sayğacların hər beş ildən bir dəyişdirilməsinə, qurum sübut etməyə cəhd göstərir ki, həmin müddətdə sayğacların nazim çarxları yeyilir. Düzdür, belə olan təqdirdə nəzarət-ölçü cihazının ya istehlakçının, ya da qaz təchizatçısının zərərinə sərfiyyat hesablaması mümkündür. Elə “Azəriqaz”dada bunu belə əsaslandırırlar. Olsun. Bununla biz də razılaşırıq. Axı, unutmaq lazım deyil ki, istehlakçının yerli və beynəlxalq hüquqları var. Onlardan biri də seçim hüququdur. Bir haşiyə çıxım: bu yaxınlarda birliyə Bakı şəhəri Nizami küçəsindən Rəfael adlı bir istehlakçının şikayətini göndərmişəm. Vətəndaş sayğacını dəyişdirib mexaniki sayğaca keçmək istəyir. Nəticə isə yoxdur. İstehlakçının sayğacını nə üçün dəyişmirsiniz,– deyə sual edirəm. Cavabında bildirirlər ki, “Azəriqaz”da sayğac yoxdur. Yaxşı, onda belə çıxır ki, onlara nə sərf edirsə, qazı da onunla satırlar.
Yeri gəlmişkən, uzun illər istehlakçılar digər sahələrdə də aldadılıb. Vaxt var idi, camaat cibində yaylı tərəzi gəzdirirdi. İndi istehlakçılar neyləməlidirlər, ciblərində sayğac gəzdirməlidirlər? Bir sözlə, bu sahədə anormal bir vəziyyət hökm sürür. Mən birmənalı şəkildə qeyd edirəm ki, sayğaca qaz təchizatçısı cavabdehdir. Necə qoruyur, onu özü bilər. Əksər hallarda istehlakçılara böhtan atılır. Necə ola bilər ki, istehlakçı özü sayğacı sındırıb gedib cərimə ödəsin.
Onu da deyim ki, sayğacların yoxlanılmasında da qeyri-şəffaflıq var. Çox yaxşı haldır ki, sayğacların yoxlanmasına Azərbaycan Metrologiya İnstitutu nəzarət edəcək. Bu olduqca müsbət haldır. Yəni qaz təchizatçısı ilə sayğac yoxlayan, necə deyərlər, bir əldə cəmləşməli deyil. Bunlar bir-birinə opponent olmalıdır. Sayğacların yoxlanılmasını təchizatçı deyil, müstəqil təşkilat həyata keçirməlidir.
Təəssüf ki, Azərbaycanda bir çox məsələlər bir qurumun əlində birləşir və son nəticədə böyük narazılıq yaranır. Belə hallarda istehlakçıların hüquqları ciddi şəkildə pozulur. Qeyd edim ki, Azərbaycan hökuməti xidmət sferası qurumları üçün kifayət qədər rahat bir şərait yaradıb, o cümlədən “Azəriqaz” üçün. Lakin bir sıra xidmət qurumları, eləcə də “Azəriqaz” bundan sui-istifadə edərək istehlakçıların hüquqlarını pozur. Mütləq şəffaflıq olmalı və bu cür hallara birdəfəlik son qoyulmalıdır.
V.BAYRAMOV, M.QULİYEV,
"Xalq Qəzeti"
MİA.AZ
Çempionlar Liqası: "Qarabağ" və "Qalatasaray" meydanda, artıq qollar var (Yenilənir)
Əli İnsanovdan Ramiz Mehdiyevlə bağlı açıqlama: "Burnunu tutsan, canı çıxar, dözməz orada"
İran XİN: "ABŞ-ın əsassız tələbləri davam etdikcə..."
Putin ordunu topladı, nüvə silahı təlimi: qitələrarası ballistik və qanadlı raketlər sınaqdan çıxarıldı - Kreml açıqlama yaydı
Netanyahu ABŞ vitse-prezidenti ilə görüşdə: "Türkiyəni bölgədə istəmirik" - "Biz üzərimizə düşəni edirik, edəcəyik"
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
"Fənərbağça" İH-nin üzvü həbs təhlükəsiylə üzləşib - "Qalatasaray" rəsmisini təhqirə görə
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
QHT işi: Hafiz Həsənovun məhkəməsi başlayıb
Nazirdən daha bir etiraz doğuran təyinat - İşçilərə maşın yudurdan qadın Bakının ən böyük məktəbinə direktor göndərildi
Məşhur aktyorun bacısı saxlanılıb - Keçmiş ərinin sevgilisini döyüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Səmavi dinlər" layihəsi Vatikanda təqdim olunub
Əliyevin Qazaxıstana səfəri: diqqət çəkən məqamlar və bölgənin gələcəyinə hesablanmış addımlar - TƏHLİL
KİMLƏR GƏLİR VERGİSİNƏ CƏLB OLUNACAQ? - DETALLAR
Superliqanın 10 klubundan şikayət olunub - Siyahı
Mirça Luçesku türk futbolçunu Rumıniya millisinə dəvət edib
Yaşayış minimumu və ehtiyac meyarı artırılır - Bu qədər
Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında maarifləndirmə işi aparılıb - FOTO
"Fənərbağça"nın baş məşqçisi iki futbolçuya xəbərdarlıq etdi: "Ya özünüzü düzəldin, ya da..."
Qurban Pirimov direktor təyin olunub
Rusiya uşaq bağçasını bombalayıb - Ölən və yaralananlar var
ARVAD ƏRİNİ GÜLLƏLƏYİB, DAHA SONRA İSƏ... - Bakıda dəhşətli hadisə
Türkiyə ilə Qətər arasında yeni müqavilələr imzalanıb - SİYAHI
AAYDA-ya məxsus şirkətlərin böyük məbləğdə borcları üzə çıxdı - Niyə ödənməyib? (SİYAHI + MƏBLƏĞLƏR)
İlham Əliyev Yaqub Eyyubova "İstiqlal" ordeni verdi: "Siz canla-başla, sədaqətlə..." - FOTOLAR (Yenilənib)
Gülnarə Muxtarova vəzifədən azad olunub
YENİ MEDAL TƏSİS EDİLDİ - FOTO
Ramiz Mehdiyevi "Ağsaqqal"ı sayan məmurlar...
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
Mərkəzi Bankdan Ramiz Mehdiyevin gəlinin adına olan bankla bağlı açıqlama: "...hər hansı bir problem yoxdur"
İsrail telekanalında Türkiyə açıq şəkildə təhdid edilib: "Türk qoşunları bölgəyə girərsə...."
İsrail Fələstinin qanuni ərazilərində hərbi nəzarət məntəqələri yaradıb - Həbslər genişlənib
Estoniya Azərbaycanda səfirlik açacaq
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - Prezident sərəncam imzaladı
Prezident Dabaq xəstəliyi ilə bağlı yeni qanunu təsdiqlədi
Müğənni Təranə: "Musa həmişə Allaha dua edir ki, birinci mənim canımı al, çünki..."
Sabah yağış yağacaq - Proqnoz
Nazirlikdə dəyişiklik olub - Yeni təyinat