Ceyhun Bayramov Xorvatiyaya rəsmi səfərə gedib

img

05-09-2023 [17:21]


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 5-də Xorvatiyaya rəsmi səfərə yola düşüb.

Mia.az xəbər verir ki, nazirin səfər çərçivəsində Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman və Xorvatiyanın digər yüksək vəzifəli rəsmi şəxsləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.

C.Bayramovun səfər zamanı həmçinin Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş dəyirmi masa müzakirələrində iştirak və çıxışı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA