Daha bir partiya qeydə alındı: "Bu, ciddi məsuliyyət deməkdir"

img

05-09-2023 [16:27]


"Ədliyyə nazirliyi tərəfindən Ana Vətən Partiyasının 4 sentyabr 2023-cü ildə qeydiyyata alınması bütün Anavətənçilər tərəfindən böyük sevinclə qarşılandı. Yenidən rəsmi şəkildə qeydiyyata alınmağımız ciddi məsuliyyət deməkdir".

Mia.az xəbər verir ki, bu sözləri adıçəkilən partiyanın sədri Fəzail Ağamalı deyib.

O bildirib ki, prezident İlham Əliyevin siyasi islahatlara xüsusi diqqət yetirməsi və yeni siyasi konfiqurasiyasının aparıcı amilə çevrilməsi özünün əhəmiyyətli nəticələrini verməkdədir:

"Ana Vətən Partiyası yarandığı gündən Nizamnamə və Proqramına söykənərək milli dövlətçiliyimizə sədaqətlə xidmət etməkdədir.

Tam əminliklə qeyd etmək istərdim ki, partiyamız və onun bütün üzvləri qüvvədə olan "Siyasi partiyalar haqqında" qanunun müddəalarına tam əməl edərək, dövlətçiliyimizin möhkəmlənməsinə, onun təməl prinsiplərinin qorunub saxlanılmasına dəyişməz mövqeyini davam etdirəcəkdir".

Samir

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:39 23.07.2025

Hərbçimiz vəfat edib