ABŞ-dan Ərdoğan-Putin görüşünə reaksiya: "Rusiyanı taxıl müqaviləsini yerinə yetirməyə çağırırıq"

img

05-09-2023 [00:20]


ABŞ Dövlət Departamenti ötən gün Soçidə Ərdoğanla Putin arasında keçirilən görüşlə bağlı açıqlama verib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Dövlət Departamenti görüşü təqdir edib.

Açıqlamada deyilir: "Biz Rusiyanı taxıl müqaviləsini yerinə yetirməyə çağırırıq. ABŞ və BMT Qara dəniz taxil dəhlizinin bərpasına ardıcıl səy göstərən Türkiyəyə bu yöndəki fəaliyyətinə görə minnətdardır".

Xatırladaq ki, Ərdoğan Soçidə Vladimir Putinlə görüşdə Ukrayna və Rusiya taxılının ixracı ilə bağlı Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi ilə yeni "təkliflər paketi" hazırlqadıqlarını deyib və əlavə edib ki, bu təkliflərlə problemin həllini tapacağına inanır. 

Putin də deyib  ki, əgər Rusiyanın Kənd təsərrüfatı məhsullarına tətbiq olunan sanklsiya ləğv olunarsa və məhsullaırn maneəsiz dənizə çıxmasına problem olmazsa, o zaman taxil dəhlizinin brpasına razılıq verəcəklər.

Samir Musayev

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:39 23.07.2025

Hərbçimiz vəfat edib