Bəxtiyar Hacıyevlə bağlı daha bir qərar verildi

img

28-08-2023 [13:22]


Bəxtiyar Hacıyevin ev dustaqlığına dair vəsatəti bu gün Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmədi.

Bunu vəkil Aqil Layıc bildirib.

Məhkəmə təqsirləndirilən şəxsin həbsdə qalmasına qərar verib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1 (məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb(Axar.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA