"Fənərbağça" fan-klubunun lideri güllələndi

img

28-08-2023 [00:32]


"Fənərbağça"nın azarkeş qrupunun lideri Cem Gölbaşı İstanbulda güllələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Cem Gölbaşı İstanbulun Bağcılar rayonunda yaşayış  kompleksin girişində silahlı hücuma məruz qalıb.

"Fotospor" xəbərinə görə, o və yanındakılar iki maşında olan şəxslər tərəfində güllə yağmuruna tutulublar: "Nəticədə Gölbaşı və yanında olan iki nəfər yaralanıb. Cemin yarası yüngül olsa da, yanındakıların vəziyyətinin ağır olduğu deyilir. Polis faktla bağlı araşdırma aparır".

Məlumatda hücumun səbəbi açıqlanmayıb: "Hazırda atəş edənlər axtarılır".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA