Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Abşerondakı qətllə bağlı məlumat yaydı

img

21-08-2023 [09:37]


Abşeronda 4 gün əvvəl meyiti aşkarlanan şəxsin qətlə yetirildiyi məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, avqustun 17-də Abşeron rayonunun Masazır kəndi ərazisində 1979-cu il təvəllüdlü Ruslan Məmmədovun yıxılması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən "isti izlər" əsasında həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü Yakuşev Stanislavın aralarında yaranmış mübahisə zamanı Ruslan Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq edilən cinayət işi üzrə Stanislav Yakuşev şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA