Sədr güc qurumlarına müraciət etdi, hədələndiyini dedi: "Vətəndaş cəmiyyətinin taleyi "mafiya"nın əlində əsir olub"

img

20-08-2023 [10:05]


"Görün indi bunların nə qədər trollari varmış. Hazırda inboxa yazıb, məni təhdid elətdirirlər".

Mia.az xəbər verir ki, bu sözləri İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli sosial media hesabında yazıb.

Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin taleyi "mafiya"nın əlində əsir olub: "Prezident Administrasiyasını, hüquq-mühafizə orqanlarını təcili məsələyə müdaxilə etməyə çağırıram".

Xatrladaq ki, İSBAM sədri bir müddətdir QHT Agentliyinin qrant layihələri barədə araşdırmalar təqidm edir. Araşdırmaladan görünür ki, bəzi layihələrə qrant ayrılması ya qanunsuz olub, ya da laihənin icrasında ciddi qüsurlar var. Maraqlıdir ki, bu və ya digər iddialara Agentlik rəsmiləri susurlar.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:39 23.07.2025

Hərbçimiz vəfat edib