Hikmət Hacıyev: “Ermənistan bu faktları gizlədir, inkar edir”

img

19-08-2023 [10:02]


“İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi müharibədən sonrakı barışıq prosesinin mühüm hissəsidir. Amma Ermənistan bu faktları gizlədir, inkar edir”.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sosial media  hesabında yazıb.

Onun sözlərinə görə, Ermənistan indiyədək I Qarabağ müharibəsi zamanı erməni əsir düşərgələrində 4000 azərbaycanlının işgəncələrə məruz qaldığı, qeyri-insani rəftara məruz qalaraq öldürüldüyü kütləvi məzarların geolokasiyasını təqdim etməkdən imtina edir: “Kütləvi məzarlıqlarda qalıqları tapılan 15 itkin düşmüş şəxslərdən biri Hüseynov Gülverdinin qızları 30 ildən sonra nəhayət ki, atalarının məzarlığına qovuşduğuna çox seviniblər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:39 23.07.2025

Hərbçimiz vəfat edib