İranda casusluq ittihamı ilə həbs edilən Fərid Səfərliyə hökm oxundu - Anasından açıqlama

img

18-08-2023 [15:43]


İranda casusluq ittihamı ilə həbs edilən Fərid Səfərliyə hökm oxunub.

Mia.az xəbər verir ki, bu barədə "Report"a onun anası Dilarə Əskərova deyib.

O bildirib ki, oğlu 2 il müddətinə azadlıqdan məhrum edilib.

D.Əskərovanın sözlərinə görə, F.Səfərlinin vəkili həmin hökmdən apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 1997-ci il təvəllüdlü F.Səfərli bu ilin fevralında İrana səfər edib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, sonradan onunla əlaqə itib. Daha sonra F.Səfərlinin İran rejimi tərəfindən saxta ittihamlarla saxlanıldığı barədə məlumat yayılıb.

İyulun 19-da keçirilmiş məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA