Seksual manyak kimi tanınan prokuror 2 dəfə Ermənistanda olub - ŞOK FAKTLAR
18-08-2023 [15:21]
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) ilk prokuroru (ittihamçı) Luis Moreno Ocampo (2003-2012) ermənilərin sevimlisinə çevrilib.
Niyəsi bəllidir: O, qondarma dağlıq Qarabağın prezidenti Arayik Arutyunyanın sifarişi ilə hazırda Qarabağda baş verənləri soyqırım kimi dəyərləndirib. Ermənilər bu faktdan anti-Azərbaycan kampaniyası aparmaq üçün geninə-boluna istifadə edirlər. BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Luis Moreno Ocamponun hazırladığı sənədə istinad etdi.
Təəssüf ki, Azərbaycan mediası Argentina əsilli Luis Moreno Ocamponun kimliyi ilə bağlı elə bir araşdırma aparmadı. Halbuki bu iş dərhal görülməli idi. Nə yazıq ki, bizim görməli olduğumuz işi Bolqarıstanın ingilisdilli “sofiaglobe.com” saytı həyat keçirib. Saytın təqdim etdiyi məqalə belə adlanır: “Controversial former prosecutor justified Putin’s narratives” (Mübahisəli keçmişi olan prokuror Putinin uydurmalarına bəraət qazandırdı). Elə məqalənin özü çox şeydən xəbər verir. Bu adam Putinə bəraət qazandırmış biridir. BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında bu fakt mütləq və mütləq vurğulanmalı idi. Təəssüf ki, bizim diplomatlar belə bir məqamı, daha doğrusu fürsəti əldən verdilər. Ancaq hələ də gec deyil. Ermənilər ilk fürsətdə yenidən Luis Moreno Ocampona istinad edəcəklər. Bax onda “sofiaglobe.com” saytında Luis Moreno Ocamponun ifşası ilə bağlı gedən məqamları bir-bir ortaya qoymaq lazımdır. Bu faktlar bizə imkan verir ki, ermənilər bir daha Luis Moreno Ocamponun adını belə dilə gətirməyə cəsarət etməsinlər...
Bəs Luis Moreno Ocampo Putinin hansı uydumasına bəraət qazandırıb? Əsas məsələ budur. Sayt bu suala belə cavab verir: “Ocamponun ortaya atdığı saxta uydurmalar Rusiya tərəfindən dörddə bir əsrdən çoxdur ki, Moldovanın, Gürcüstanın, indi isə Ukraynanın və Azərbaycanın bir hissəsinin işğalına haqq qazandırmaq üçün istifadə olunur”.
Məqalənin müəllifi Igor Chalenko yazır ki, separatçıların nəzarətində olan ərazilərin sakinlərinin “soyqırımı” ilə bağlı ritorikadan Kreml müntəzəm olaraq postsovet ölkələrinin bir hissəsinin işğalına və ya onları nəzarət altında saxlamasına haqq qazandırmaq üçün istifadə edir: “İndi Kreml Cənubi Qafqazda və beynəlxalq mediada oxşar tezisləri açıq şəkildə sifariş edilmiş “ekspert rəyləri” vasitəsilə təbliğ edir, məsələn, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Moreno Ocamponun hesabatı belə bir xarakter daşıyır...Cənab Ocampo kimdir? Nə üçün bütün sivil dünya zəhərli kremlpərəst siyasətçilərdən çəkinərkən, keçmiş prokuror birdən birə onların xahişinə cavab vermək qərarına gəldi?”...
Məqalədə qeyd olunur ki, “Forbes”, “Washington Post”, “CNN” və “ABC News” kimi beynəlxalq səviyyəli media orqanları Luis Moreno Ocamponu dəfələrlə tənqid edib. 2008-ci ilin sentyabrında Böyük Britaniyanın “The Telegraph” qəzetində dərc olunan məqalədə Ocamponun Cənubi Afrikaya səfəri zamanı yerli jurnalisti cinsi əlaqəyə məcbur etdiyi iddia edilirdi: “ Prokuror həmin jurnalistin avtomobilinin açarlarını götürür və yalnız cinsi əlaqəyə girməyə razılıq aldıqdan sonra açarı qaytarır”, - deyə məlumatda bildirilir. Ocampoya qarşı ifadəni onun həmkarı, BCM prokurorluğunun mətbuat katibi Cristan Palme verib, Ocampo sonradan onu işdən çıxarıb. “The Telegraph” yazırdı: "Bu qanunsuzluq məhkəmənin mövqeyinə ciddi zərbə vurdu”. Həmin iddiaya görə cənab Ocampo cinayət məsuliyyətinə cəlb edilməyib.
Milyoner məmur
2017-ci ildə “Mediapart”-dan olan Fransanın siyasi araşdırmaçı jurnalistləri Ocamponun ofşor şirkətlərini müəyyən etdilər: “Ocampo BCM-nin baş prokuroru olduğu dövrdə dünyanın ən məşhur vergi cənnətlərində adı hallanaan şirkətləri idarə edirdi. Ofşor zonadakı maliyyə fəaliyyəti ilə bağlı suala cavab olaraq, keçmiş yüksək çinli prokuror BCM-dəki maaşının “kafi olmadığını” söyləmişdi.
“Mediapart”-ın yazdığına görə, BCM-dən ayrıldıqdan sonra Ocampo anlaşılmaz dərəcədə böyük aktivlərə sahib idi: Onun Haaqadakı daşınmaz əmlakı (1,2 milyon avro), Argentinada beş mülkü (2,2 milyon dollar) və bankda ən azı 1 milyon dolları üzə çıxdı.
Cinayət var, cəza yoxdur
BCM-nin prokuroru olduğu doqquz il ərzində Ocampo yalnız bir cinayət işi bağladı. Nüfuzlu “The Financial Times” bu barədə 2017-ci ildə yazmışdı: “Onun məhkəmədəki doqquz illik fəaliyyəti uğurdan daha çox mübahisə ilə yadda qaldı. BCM-si Konqodakı hərbiləşdirilmiş qrupun lideri Tomas Lubanqa ilə bağlı ilk hökmü yalnız 2012-ci ildə, Ocamponun gedişindən bir neçə ay əvvəl verilib. Və bu hökm də qalmaqalsız ötüşmədi.
Uşaqları döyüş əməliyyatlarına cəlb edən Lubanqanın işi 2006-cı ildən Ocampo tərəfindən araşdırılıb.
Almaniyanın “Spiegel” nəşrinin məlumatına görə, prokurorun günahı ucbatından “iş demək olar ki, iki dəfə dağılıb”. Fransız media layihəsi olan “Zero Impunity” BCM-nin keçmiş əməkdaşına istinad edərək, bu işin araşdırılması zamanı Ocamponun bir çox cinayətlərə məhəl qoymadığını bildirdi: “Konqolular üçün əhaliyə ən çox əziyyət verən ən dəhşətli pozuntular zorlama və quldurluqdur. Bununla belə, milislərin törətdiyi bütün seksual zorakılıqlar pərdə arxasında qalıb”.
Nəticədə, Ocamponun təcavüzkarlarla əlbir olduğu iddiası ilə Lubanqa heç vaxt cinsi təcavüzdə ittiham olunmadı.
2015-ci ildə qazanc naminə peşəsinin dəyərlərinə xəyanət etdiyi iddia edilən keçmiş BCM prokuroru liviyalı milyarder Həsən Tatanakinin maraqlarının müdafiəçisi oldu.
Sonuncu hərbi cinayətkarı, Liviyanın qeyri-qanuni silahlı qruplaşmalarının lideri Xəlifə Haftarın dinc sakinləri öldürməkdə günahlandırıldığını və digər insan haqlarının pozulmasını dəstəkləyib.
2017-ci ildə “Spiegel” Ocamponun bu iş üçün 750.000 dollar qonorar aldığını bildirmişdi...
2010-cu ildə Ocampo İrəvana BCM-nin prokuroru statusunda gəlib və Ermənistanın eks-prezidenti Serj Sarkisyanla görüşüb.
O, beş ildən sonra ölkə rəhbərliyinin dəvəti ilə “Soyqırım cinayətinə qarşı” forumunda iştirak etmək üçün yenidən İrəvana səfər edib.
2023-cü il iyulun 29-da Qarabağdakı Rusiyayönlü separatçıların rəhbəri Arayik Arutyunyan “ekspert rəyi” almaq üçün keçmiş prokurora müraciət edib. Doqquz il ərzində BCM-nin bir işini araşdıran prokuror cəmi 9 gündə Qarabağdakı vəziyyəti “nizama sala” bildi.
Əslində, keçmiş prokurorun 28 səhifəlik hesabatı sadəcə bir təbliğat ideyası naminə, Rusiyanın marionet separatçılar vasitəsilə təsir göstərməyə çalışdığı digər postsovet respublikalarında Kremlin maraqlarını təmin etmək üçün yazılıb...
Sabir prokurorun “bu, Artsaxın 120.000 əhalisi arasında humanitar fəlakətdir”, deyir. Ukrayna TV-nin Beşinci Kanalının məlumatına görə, “Qarabağdakı erməni anklavının real əhalisi 40.000-dən çox deyil”.
Ukrayna mediası yazır ki, “Putin Gürcüstandakı osetinlər və abxazlarla, Krımda və Donbassda rus dünyasının tərəfdarları ilə bağlı olduğu kimi, Qarabağdakı erməni marionet separatçılarından öz məqsədləri üçün istifadə edir”.
“Newsweek”-in Rumıniya versiyasına görə, separatçı əhval-ruhiyyə ilə oynamaq və Ukraynada əvvəllər yerli əhalinin “soyqırımı” ilə bağlı saxtakarlığı təbliğ etmək Moskvaya təkcə Cənubi Qafqazda deyil, həm də Ukraynada hərbi mövcudluğunu saxlamağa imkan verir. Eləcə də Gürcüstanın separatçı regionunda, Cənubi Osetiyada və ya Rusiyanın nəzarətində olan Moldovanın şərq bölgələrində bunu mümkün edir”.
Ocamponun nahaq yerə yüksək ictimaiyyətə çatdırılan hesabatını beynəlxalq hüquq üzrə aparıcı ekspert, iddia edilən soyqırımlarla bağlı ittihamlar üzrə ixtisaslaşmış Rodni Dikson da şərh edib.
Diksonun fikrincə, hesabat təkcə qərəzli mahiyyəti ilə seçilmir, həm də “soyqırım” anlayışını şərh etməkdə tamamilə səriştəsizdir və “faktlara” münasibətdə “açıq selektiv” yanaşma nümayiş etdirir.
Elbəyi Həsənli
MİA.AZ
İlin son Günəş tutulması başlayıb
ADPU-nun Şamaxı filialında “Suverenliyimiz – Gücümüz və Qürurumuzdur!” mövzusunda tədbir keçirilib
Kanada Fələstini dövlət kimi rəsmən tanıyıb
Hakim olmaq istəyənlər imtahan verdi
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyev Malta prezidentinə məktub ünvanlayıb - MƏTN
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xankəndidə Şəhər Günü münasibətilə konsert proqramı keçirilib
Goranboyda ər arvadını öldürülüb
Ruandanın prezidenti Azərbaycana niyə gəlib? - TƏHLİL
Keçmiş səfir XİN-də yüksək vəzifəyə təyinat aldı
Azərbaycan prezidenti Ruanda lideri ilə görüşüb, yeni sənədlər imzalandı, birgə bəyanat verildi - FOTOLAR (YENİLƏNİB)
Kəlbəcər şəhərinə növbəti köç olub
Ruanda Prezidenti "ASAN xidmət" mərkəzində olub
Kənan Şakirin şeirləri...
Azərbaycan və Ruanda prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO
Yoxa çıxan məktublar, yaşayan ünsiyyət və ya rəqəmsal dünyaya açılan poçt xidmətləri...
Jurnalist Şəmistan Nəzirli vəfat edib
Prezident İlham Əliyevdən paylaşım - VİDEO
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
"Azərbaycan Dəmir Yolları"nda növbəti skandal: bütün kasssirlər vəzifədən azad edilib
Ukrayna ordusu Donetskdə 7 yaşayış məntəqəsini azad edib: "2456 RUS HƏRBÇİ ÖLDÜRÜLÜB" - Zelenski "əla, uşaqlar" dedi
Hava limanında özbaşınalıq: qolundakı 20 qramlıq qolbağa görə müəlliməni cəzalandırıblar (SƏNƏD)
Xarici İşlər Nazirliyi bəyanat yayıb
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Trampla görüşə gedir - Bu tarixdə (Açıqlama)
Qurban Qurbanovun oğlundan təzə trend və ya dəbdəbəli mərasimin görünməyən tərəfləri... - FOTOLAR
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəlib
Ruanda Prezidenti Azərbaycana gəlib - FOTO
Nərimanla Abbas Aeroportda niyə pərt oldu?
Sahil Babayev maliyyə idarələrinin rəislərini topladı: yeni tapşırıqlar verildi - Kollegiya iclası
Bakıda və rayonlarda güclü külək olacaq - Xəbərdarlıq
Prezident İlham Əliyev Yəhudi icmasını təbrik edib - MƏTN
"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradıldı - Bakıda ödənişli hərəkət zonaları olacaq (FƏRMAN)
Qəzzada daha 4 nəfər acından ölüb
Qəzzada ölənlərin sayı 65174 nəfərə çatdı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
YSK CHP-nin qurultayının ləğvi tələbini rədd etdi
Sülh sazişi, həllini gözləyən qanun və anklavlar: referendum qaçılmazdır - Elxan ŞÜKÜRLÜ YAZIR
Hərbi prokurorun müavini sərəncama göndərildi - Yeni təyinat (FOTO)