Xəstələrdən əməliyyat üçün rüşvət istəyən həkim saxlanıldı - VİDEO

img

18-08-2023 [14:18]


İstanbulda dövlət xəstəxanalarından birində xəstələrin yaxınlarından “bıçaq pulu” (Rüşvət) tələb edən həkim saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat xəstəxana rəhbərliyinin və bir çox xəstə yaxınlarının şikayəti əsasında həyata keçirilib.

Nəticədə B.E. adlı cərrah rüşvət alarkən saxlanılıb.

Məlumata görə, cərrah pul verməyən xəstələrin əməliyyatını etməkdən yayınırmış: "O, belə xəstələri xəstəxanada təcrübə keçən yeni köməkçilərinə yönləndirirmiş. Özü isə ancaq rüşvət verən xəstələrin əməliyyatına girirmiş. Şikayət üzrə o, bir xəstə yaxınından pul alarkən yaxalanıb. Bundan sonra onun otağına baxış keçirilib Otaqdan əlavə olaraq 275 min lirə pul aşkarlanıb".

Məlumata görə, faktla bağlı cinayət işi açılıb, cərrah isə həbs olunub.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq