Erotik fotolarını paylaşan məhkəmə hakimi işə geri döndü - FOTOLAR

img

15-08-2023 [15:02]


Tez-tez yarıçılpaq fotolarını paylaşdığına görə vəzifəsindən müvəqqəti uzaqlaşdırılan və buna görə dünya mətbuatının diqqətinə çəkən kollumbiyalı hakim Vivian Polaniya barəsində araşdırma yekunlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "qadın alt paltarı"nı reklamından pul qazanması ittihamı ilə haqqında araşdırma başladılan hakimin günahsız olduğu aydınlaşıb.

Məlumata görə, tez-tez erotik görüntülərini sosial media hesbından paylaşmaqla dünya mediasının gündəmindən düşməyən məhkəmə hakimi bəraətindən sonra ilk iş günündə rəsmi geyimli fotosunu yayıb.

İzləyiciləri onun yeni şəkilinə "sizi heç bu qədər üstüörtülü görməyə alışmamışıq" kimi şərhlər yazıblar.

Xatırladaq ki, kolumbiyalı hakim Vivian Polaniya bir vaxtlar mafiyalardan birinin hədəfindfə də olub. O, ölkədəki cinayətkar qruplardan birinin bir neçə üzvü barədə həbs qərarı verdiyi üçün ölümlə təhdid edilib.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR