Rəsmi Bakı Mahaçqalada ölənlərə görə başsağlığı verdi

img

15-08-2023 [10:49]


Azərbaycanın Xarici İşlər Nazirliyi Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

Mia.az xəbər verir ki, bu barədə nazirlik sosial media hesabında paylaşım edib: "Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı və çoxsaylı xəsarətlərin olması bizi dərindən kədərləndirir. Bu dağıdıcı faciədə həyatını itirənlərin ailələri və dostlarına dərin hüznlə başsağlığı veririk”.

Xatırladaq ki, Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışda 30 nəfər ölüb, 102 nəfər yaralanıb.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA